Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xankəndi: Günahkarların şəhəri – Cinsi xəstəliklər tüğyan edir
Xankəndi: Günahkarların şəhəri – Cinsi xəstəliklər tüğyan edir

Araşdırmaçı jurnalist Qafqaz Ömərov Xankəndi və ermənilər yaşayan digər ərazilərimizdəki vəziyyət barədə yazıb.

Azad Monitorinq Mərkəzinin hesabatında bildirilir ki, son həftədə Rusiyadan İrəvana gələn yüklərin böyük hissəsini tibbi ləvazimat təşkil edib. Yük təcili Xankəndinə çatdırılıb. Məlum olub ki, rus sülhməramlıları arasında dəri-zöhrəvi xəstəliklər və cinsi yolla ötürülən qorxunc viruslar (sifilis, QİÇS), həmçinin vərəm yayılıb.

Xankəndini tərk edən ermənilərlə Monitorinq Mərkəzinin əməkdaşları arasındakı söhbət zamanı aydın olub ki, demək olar, bütün ictimai iaşə obyektləri, kiçik otellər, hostellər, boş qalan evlər artıq masaj salonları və fahişəxanalar kimi fəaliyyət gösətərir. Bütün ermənilər Xankəndidən qaçmağa can atdıqları halda qadınlar bura rus sülhməramlılara xidmət etməyə, “işləməyə” gəlirlər. İstirahət edənləri narkotikə qonaq edirlər. Əvvəllər burada növbənöv narkotik bitkilər becərildiyinə görə, narkotik sarıdan bolluqdur. 30 il ərzində burada əkilib becərilmiş həşiş, çətənə və digər bənzəri bitkilər gizli qaydada emal olunur, rus mafiyasının əliylə bütün postsovet ölkələrinə və Avropaya tədarük olunurdu. Hazırda ərazidə sülhməramlılar üçün mini narkodispanser tikilməsi nəzərədə tutulur.

30 il ərzində meyvə mövsümü zamanı İrəvandan insanlar Qarabağa axışır, meyvə toplayıb satır, həm də viran edilmiş evlərdən əllərinə gələni toplayıb aparırdılar. Metalloma vermək üçün burada xeyli material var idi. Uzun illər Qarabağ bütün ermənilərin dolanışıq mənbəyi olub. İndi isə yalnız qadınlar yüksək maaş alan hərbiçilərə görə Qarabağa axın edirlər.

Paşinyan və Köçəryan-Sərkisyan klanı arasında fikir ayrılığına da narkotik və silah satışı biznesindən gələn milyonlar, daha doğrusu, milyonların mənbəyi Qarabağın əldən getməsi səbəb olub.

Narkomaniya və fahişəliklə yanaşı, qara silah bazarı da çiçəkləyir.

İndi Xankəndini və rusların nəzarətində olan əraziləri tərk etmək istəyənlərin sayı günü-gündən artır. Ermənilər üçün Qarabağ sözü kabus kimi səslənir. Ən əsası da heç kim övladlarını bu qanla yuyulmuş torpaqlara hərbi xidmətə göndərmək istəmir.

Tərcümə etdi: İlhamə

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »