Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb - Foto, Video
Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb - Foto, Video

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb.

Bakı şəhəri, Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Həsən oğlu Rzayevin idarə etdiyi “Mercedes-Benz S 600” markalı, 90-LB-478 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həmin əraziyə gələn Məhəmməd Ağakərim oğlu Məmmədov İran İslam Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

Məhəmməd Məmmədovun saxlanıldığını görən Pərvin Rzayev idarə etdiyi avtomobili əməliyyat-axtarış fəaliyyətini həyata keçirən gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çırparaq hadisə yerindən qaçıb.

Məhəmməd Məmmədovdan götürülmüş çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, ümumi təmiz çəkisi 8720,6 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb

Əməliyyat-axtarış tədbirləri nəticəsində 04 avqust 2021-ci il tarixdə, səhər saatlarında cinayətkar qrupun digər üzvü Süleyman Rövşən oğlu Musazadə Bakı şəhəri, Yasamal rayonu ərazisində, Pərvin Rzayev isə 05 avqust 2021-ci il tarixdə, səhər saatlarında Şirvan şəhərində saxlanılıb.

Qeyd edilən fakt əsasında Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə Məhəmməd Ağakərim oğlu Məmmədov, Süleyman Rövşən oğlu Musazadə və Pərvin Həsən oğlu Rzayev təqsirləndirilən şəxs qismində cəlb olunaraq qeyd edilən maddələrlə onlara ittiham elan edilib. Həmin şəxslərin barəsində Bakı Şəhər Yasamal Rayon Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »