Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xankəndi sakinlərinin vətəndaşlıq üçün bizə müraciət etməsi uğurdur"
"Xankəndi sakinlərinin vətəndaşlıq üçün bizə müraciət etməsi uğurdur"

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Xankəndi şəhərində yaşayan bir qrup erməni Rusiya sülhməramlı hərbiçilərinin iştirakı ilə Şuşanın giriş postuna yaxınlaşaraq, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olduqlarını bildiriblər və Azərbaycan dövlətindən iş istəyiblər.

Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev CNN Türk” televiziya kanalına müsahibəsində bildirmişdi ki, Xankəndidə və ətraf kəndlərdə yaşayan ermənilər də bizim cəmiyyətimizə mütləq inteqrə edilməlidir, onlar üçün bu, daha böyük fürsətlər yaradacaq.

Bəs sülh sazişi bağlamadanbelə bir müraciət necə dəyərləndirilməlidir? Məsələni bizimyol.info-ya şərh edən politoloq Əhməd Əlili bildirib ki, hökumət bu məsələyə diqqət yetirməli və qiymətləndirməlidir.

Əhməd Əlili Əhməd Əlili

“Vəziyyət elə dəyişib ki, ermənilər ilk 30 ildə mövcud olan müstəqillik mifinə özləri də şübhə edirlər. Gec və ya tez Xankəndidə Azərbyacanın yuridiksiyası bərpa olunacaq. Qarabağ ermənilərinin böyük əksəriyyəti oradan deputat seçilmiş Tural Gəncəliyevlə əlaqə axlamaq istəyirlər. Məqsəd budur ki, Azərbayan orada hərbi güc kimi yerləşdikdən sonra normal yaşayışlarına davam edə bilsinlər. Biz görürük ki, 10 noyabr bəyanatından sonra keçmiş Dağlıq Qarabağda aparılan yenidənqurma işləri ermənilərdə ciddi fikir dəyişikliyi yaradıb. indi onların gözü qarşısnda hansı intensivlikdə yenidənqurma işlərinin getdiyini görürlər. İndi anlayırlar ki, 30 il ərzində özlərini Azərbaycanın geniş istifadə potensialından məhrum ediblər və indi buna can atırlar. İstifadə etmək üçünsə ilkin şərt vətəndaşlığımızı və Azərbaycan qanunlarını qəbul etməkdir.

Hesab edirəm ki, Azərbaycan hökuməti bu adddımdan uğurla istifadə edəcək. Bu insanlar Azərbayacanla əməkdaşlıq etmək istəyərlərsə, onların inteqrasiyası uğrula davam edəcək. Bu sülh sazişi bağlamadan mümkündürmü? Məncə, bizə artıq bəllidir ki, Qarabağ sakinlərinin Ermənistana baxıb söz dinləmələrinin qarşısı alınmalıdır. Azərbaycan vətəndaşlığı olan ermənilərə münasibət fərqlənməlidir. Hətta saziş olmadan da ayrı-ayrı ermənilərin Azərbaycan pasportunu qəbul etməsini uğur kimi qiymətləndirib bu yöndə tədbirləri davam etdirməliyik”.

İlhamə

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »