Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əgər insanlar qorunacaqsa, məktəblərin açılması ilə bağlı düşünə biləcəyik"
"Əgər insanlar qorunacaqsa, məktəblərin açılması ilə bağlı düşünə biləcəyik"

Avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş" sertifikatının verilməsinə başlanılıb.

Təhsil Nazirliyinin məlumatına görə, bu günə qədər 41 minə yaxın təhsil işçisi COVID-19 əleyhinə vaksinə qarşı əks göstərişlə bağlı arayış təqdim edib. Digər tərəfdən isə, ənənəvi təhsilin bərpa edilməsi gözlənilir. Qeyd edilir ki, ənənəvi təhsilin bərpa edilməsi üçün təhsil işçilərinin 80 faizi vaksin vurdurmalıdır. Təhsil müəssisələrinə gələcək uşaqların valideynlərinin isə məcbur vaksinasiyaya cəlb olunması nəzərdə tutulmur. Yəni hərhansı bir ailədə koronavirusa yolxuma olarsa, həmin uşaq təhsil müəssisəsinə gələrək, virusu digər uşaqlara yoluxdura bilər. Düzdür məktəblərin qapısında uşaqların tempraturunu ölçən şəxslər var. Ancaq daha əvvəl də qeyd edildiyi kimi uşaqlar çox zaman virusu əlamətlər olmadan keçirir və virusun yayılmasında daha çox uşaqlar rol oynayır. Bu baxımdan sentyabrın 15-dən dərslərin ənənəvi formada davam etməsi nə dərəcədə düzgündür? Ailəsində koronavirus olan uşağın dərsə gəlib digərlərni yoluxdurmayacağına kim zəmanət verə bilər?

Təhsil Nazirliyi yanında İctimai şuranın məsul katibi İlqar Orucov Bizimyol.info saytına açıqlamasında bildirib ki, artıq yeni tədris ili başlamasına çox az vaxt qalıb. İnsanları xüsusi ilə təhsilin hansı formada olacağı hibrid, distant və yaxud əyani formada olacağıyla bağlı narahat edən xeyli suallar var:

İlqar Orucov İlqar Orucov

"Bununla bağlı artıq dövlət rəsmiləri eyni zamanda prezidentin köməkçisi keçirilən brifinq zamanı bəzi məqamlara aydınlıq gətirdi. Məsələ ondan ibarətdir ki, təhsil işçilərinin 80 faizinin vaksinasiya olacağı təqdirdə tədrisin sentyabrın 15-dən əyani formada təşkili planlaşdırılır. Amma bu yenə də sentyabrın əvvəlində olan epidemoloji vəziyyətdən asılı olacaq. Düşünürəm ki, epidemoloji vəziyyət nəzarət altında olacaq və bütövlükdə prosesi idarə etmək mümkün olacaqsa, əyani təhsilin bərpası mümkün olacaq".

Ekspertin sözlərinə görə, ali təhsil müəssisələrində tələbələr arasında vaksinasiya sürətlə gedir. Belə olan təqdirdə sentyabrın 15-dən ali təhsil müəssələrində təhsilin ənənəvi formada bərpa olması gözləniləndi. Ekspert, hər hansı bir problemin olacağını düşünmür.

"Nəzərə alsaq ki, ali təhsil müəssisələrində çalışan pedaqoji heyət vaksinasiya olunub. Eyni zamanda təhsil müəssisələrində sanitar epidemoloji vəziyyət ilə bağlı xeyli yaxşı təcrübələr var. Bu həm məsafənin qorunması, eyni zamanda dezinfeksiya işlərinin aparılması ilə bağlıdır" - deyən İ.Orucov bildirib ki, orta təhsil müəssisələrində pedaqoji heyətin 80 faizi vaksinasiya prosesinə cəlb olunacaqsa, təhsil əyani şəkildə davam edə bilər.

"Əgər insanlar qorunacaqsa, məktəblərin açılması ilə bağlı düşünə biləcəyik. İndidən bu barədə hər hansı rəy və ya fikir bildirmək tezdir. Çünki ölkəmizdə yoluxanların sayı artmaqdadır. Belə davam edəcəksə, məktəblərin açılması müəmmalı məsələdir. Əgər insanlar məsuliyyət nümayiş etdirəcəklərsə, vəziyyət normallaşacaqsa, biz məktəblərin açılması ilə bağlı qərarı görə biləcəyik"- deyə ekspert əlavə edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› "Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
››› “Artıq Dağlıq Qarabağ yoxdur, Azərbaycan var, başa düşdüz?!..” - Video
››› ÜST: Həkimlər və tibb bacıları xəstəxanaları tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »