Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksin pasportlarımız iki dildə yazılsın
Vaksin pasportlarımız iki dildə yazılsın

Azərbaycanda verilən vaksin pasportlarının yalnız ana dilimizdə olması xaricə gedərkən müəyyən çətinliklər yaradır. Avropa İttifaqı iyulun 1-dən xüsusi rəqəmsal kovid pasportunun tətbiqinə başlayıb. Lakin bizim pasportların bu sistemə aidiyyatı yoxdur.

Azərbaycanın kovid pasportları ilə xaricdə olmuş bir neçə soydaşımız bildirir ki, bizim pasportların yalnız ana dilimizdə yazılması xaricdə anlaşılmazlıqlarla qarşılanır. Bəzi klinikalar var ki, gedəcəyin ölkədən asılı olaraq bu pasportları ingilis və ya rus dili variantlarında təqdim edir.

Elə bunun özü saxta vaksin pasportlarının yaranmasına səbəb ola bilər. Standart qaydalar olmalıdır. Necə ki, ana dilində buraxılmış məlum, standart pasport var. Onun üzərində ingilis dilində tərcümə də yerləşdirmək olar və bu yalnız xaricə gedənlər üçün olmamalıdır. Madam ki, pandemiya elan edilib, bu qlobal problemdir, vaksinasiya vacibdir, deməli vaksin pasportlarının tərtibi zamanı bu məqam diqqətə alınmalıdır. Hərçənd bir çox xarici ölkələrdə vaksin pasportlarımıza baxmayaraq gediş və gəliş zamanı testlər tələb olunur. Ən sərt qaydaları qoyanlar da özümüzük.

İlhamə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »