Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Professor: Payızda başlayan dalğa bu günə qədər gördüklərimizdən daha pis olacaq
Professor: Payızda başlayan dalğa bu günə qədər gördüklərimizdən daha pis olacaq

“Uşaqlarınızı qorumalısınız. Təəssüf ki, məktəblər online olmalıdır. Səhiyyənin uşaqları qoruyacaq qədər gücü yoxdur”. Bu fikirləri hazırda Almaniyada fəaliyyət göstərən soydaşımız alim Nuran Abdullayev səsləndirib.

Professor Nuran Abdullayev bildirib ki, payızda gözlənilən və lazımı tədbirlər görülmədiyinə görə, artıq Azərbaycanda indidən başlayan dalğa bugünə qədər pandemiya dönəmində gördüklərinizdən daha pis olacaq.

Nuran Abdullayev Nuran Abdullayev-Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru

Həkim qeyd edib ki, Azərbaycanda insanlar vaksin seçimi zamanı diqqətli olmalıdırlar.

“Peyvənd seçimində Azərbaycanda insanlar iki önəmli məsələ arasında qərar verməlidirlər: Təhlükəsiz, az effektli peyvənd, yoxsa müəyyən qədər yan təsirləri ola biləcək yüksək effektli peyvənd.

“Delta variantı ilə bağlı Azərbaycan üçün xəbərdarlığımda peyvəndlər haqqında xüsusi olaraq "effektiv" ifadəsini istifadə etmişəm və bu cür effektiv peyvənd Azərbaycan üçün Çindən olan peyvənd deyil. İngiltərədə peyvəndlər bugün 7,2 milyon əhalinin virusa yoluxmasının və 27 000 ölüm halının qarşısını alıb”,- deyə Nurlan Abdullayev bildirib. Qeyd edək ki, Operativ Qərargahın bu günkü iclasında Yaqut Qarayeva peyvənd olunanların virusa yoluxma səviyyəsinin 0,1 faiz təşkil etdiyini ,Çindən gələn vaksinlərin səmərəli olduğunu qeyd elədi.

“Azərbaycanda elmi statistika yox səviyyəsindədir. Bu da insanlar arasında sistemə və xəstəliyə qarşı inamı sıfıra endirir”,- deyə Nuran Abdullayev əlavə edib.

İlhamə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »