Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Covid 19”pasportunun işləmədiyi tək yer: Mədəniyyət ocaqları
“Covid 19”pasportunun işləmədiyi tək yer: Mədəniyyət ocaqları

Bu gün gözlənilən brifinq baş tutdu. Demək olar ki, hamımız dörd gözlə izlədik görək hansı dəyişikliklər olacaq, hansı yeni qərarlar qəbul ediləcək.

Amma düzü dəyişən elə bir şey olmadı. Bilmədik buna sevinək, ya kədərlənək. Uzun müddətdir peyvəndlənmə işləri getməsinə baxmayarq yenə də yoluxanların sayı çox, ictimai nəqliyyat həftəsonları işləmir...

Brifiq zamanı bir çox məsələlərə toxunuldu. Toy şənliklərinə pasportsuz gedənlər, saxta yollarla pasport alanlar və s. haqqında danışıldı. Hətta xəbardarlıqlar da edildi. Amma nə fayda? Hər brifinqdə bunlar təkrarlanmırmı? Görünən odur ki, insanlarda dövlət məmurlarının heç bir sözünə inam yoxdur. Ona görə də özlərini bu cür get-gələ salırlar.

İndi gələk başqa bir məsələyə... Prezident köməkçisi “covid”pasportu ilə gedə biləcəyimiz bir çox iaşı obyektlərinin, müəssisələrin adlarını açıqladı. Amma yenə teatrlar, kinoteatrlar unuduldu. Yadlarından çıxıb ki, ölkədə market, dükan, moldan başqa mədəni istirahət edənlər də var.

Ekran qarşısında bir ümidlə oturan incəsənət xadimlərinin, mədəniyyət işçilərinin ümidləri bir daha qırıldı. Axı niyə? Virus yalnız kinotertlar, teatrlarda yoluxur məgər? Bütün məkanlara girişə imkan verən covid pasportu niyə teatrlara girməyə imkan vermir?

Onsuzda incəsənət xadimləri illərdir çağırışlar edirdilər ki, insanlar tamaşalara gəlmir, mariflənmir, incəsənətə dəyər verilmir. Tamaşaya gedən 10-15 nəfər var idi, onu da belə yox etdiniz.

Ümid edirik ki, növbəti brifinqlərdə bu məsələ nəzərə alınacaq və koronavirusdan qorunma qaydalarına riayət olunmaq şərti ilə bütün incəsət ocaqları fəaliyyətə başlayacaq.

Leyla Mirzə

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »