Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Səhiyyə Nazirliyi: “Jurnalistin şikayəti ilə bağlı rəy gələn həftə Baş Prokurorluğa göndəriləcək”
Səhiyyə Nazirliyi: “Jurnalistin şikayəti ilə bağlı rəy gələn həftə Baş Prokurorluğa göndəriləcək”

Jurnalist Günel Gözəlovanın həyat yoldaşının həkim səhvi nəticəsində səhhətində fəsadların yaranması ilə bağlı müraciəti əsasında hazırda Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qeyd edilib ki, araşdırma zamanı izahatlar alınıb, həkim səhvinin olub-olmamasını müəyyən etmək məqsədi ilə komisyon məhkəmə-tibbi ekspertizası təyin edilib:

"Bundan başqa, həkim tərəfindən aparılan müalicə və reanimasion tədbirlər zamanı hər hansı qanun və tibbi protokolların tələblərinin pozulması hallarına yol verilib-verilməməsinin araşdırılması məqsədi ilə xidməti yoxlama aparılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə Baş Prokurorluq tərəfindən müraciət edilib(report.az).

Bizimyol.info xatırladır ki, Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun uroloq-cərrah Araz Bayramova qarşı iddiası üzrə Nərimanov rayon məhkəməsində proses gedir. Son iclas iyulun 30-da baş tutub və hakim Vüqar Quliyev məhkəmənin növbəti iclasını qeyri-müəyyən tarixə qədər təxirə salıb.

Bu il fevralın 18-də özəl klinikalardan birində uroloq- cərrah Araz Bayramov tərəfindən aparılmış əməliyyatdan sonra Günel Gözəlovanın həyat yoldaşı Anar Yaqub oğlu Gözəlovun səhhətində ciddi problemlər yaşanıb. Sonra aparılan müayinələr zamanı xəstənin əməliyyat zamanı ikitərəfli beyin infarktı keçirdiyi məlum olub.

Günel Gözəlova Bizimyol.info saytına bildirib: “31 may 2021-ci il tarixində tərəfimdən, məhkəmədən kənar, bir jurnalist, zərəçəkən və çəkməkdə davam edən, ailəsi “həkim” Araz Bayramov tərəfindən tar-mar edilən, karyerasına başına gələnlər ucbatından davam edə bilməyən, azyaşlı övladı aylardır atası gözünün önündə sağ ola-ola atasızlıq yaşaşan bir qız uşağının anası kimi başıma gələnləri ölkəmin rəhbəri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident, xanım Mehriban  Əliyevaya,  eyni zamanda daxili işlər naziri Vilayət Eyvazov, AR Baş prokuroru Kamran Əliyev, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyev, səhiyyə nazirinin birinci müavini Teymur Musayevə məktub vasitəsilə çatdırdım. Və məktublara çox operativ münasibət bildirildi, poçt vasitəsilə aldığım cavablara əsassən anladım ki, problem araşdırılması üçün  AR Baş Prokurorluğuna göndərilib. Nəticədə Nərimanov rayon prokurorluğu məsələnin araşdırılması istiqamətində işə başladı, bundansa məndən izahat almaq üçün quruma dəvət olunanda xəbərdar oldum”., - deyə G.Gözəlova qeyd eidb.

Onun sözləroinə görə, artıq 3 aya yaxındır ki, Baş Prokurorluq Səhiyyə Nazirliyinə məktub göndərib, amma xəbər yoxdur: “O məktubda nə yazılıb, nə istənilib ki, bu müddətdə bir cavab yoxdur? Mən dəfələrlə bu məsələni dəqiqləşdirməyə, məlumat almağa çalışıram, lakin qəribə bir durğunluq hökm sürür. 1 aydır həm Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, həm Azərbaycan Respublikasının Baş Prokurorluğu,  həm də Nərimanov Rayon Prokurorluğundan məhkəmədən kənar aparılan araşdırmanın nə yerdə olduğu ilə bağlı cavab ala bilmirəm. Adıçəkilən qurumların mətbuata cavabdeh şəxsləri Parviz Əbubəkirov, Günay Səlimzadə biri digərini təkzib edən cavablar verir. Baş Prokurorluq araşdırma üçün Səhiyyə Nazirliyinə məktub yolladıqlarını, Səhiyyə Nazirliyi isə almadıqlarını deyir. Eyni zamanda Səhiyyə Nazirliyinin mənlə əlaqə saxlayan əməkdaşı Səkinə xanım ekspertin məzuniyyətdə olduğu üçün cavabın gecikdiyini söyləyir”.

Bizimyol.info saytı Səhiyyə Nazilriyindən də məlumat öyrənməyə çalışdı.  Səhiyyə Nazirliyinin Media və Kommunikasiya şöbəsindən sorğumuza cavab olaraq bildiriblər ki, yaxın günlərdə cavab olacaq.

“Klinika tərəfindən təqdim olunan tibbi sənədlər əsasında Səhiyyə Nazirliyi baş mütəxəssislərinin birgə rəyi növbəti həftənin çərşənbə günü Səhiyyə Nazirliyindən Baş Prokurorluğa göndəriləcək. Bu barədə Günel Gözəlovanın özünə də məlumat verilib”, - deyə açıqlamada qeyd olunur.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
Son xəbərlər
Bütün xəbərlər »