Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Delta ştammına görə vaksinin 3-cü dozasının vurulması gündəmə gələ bilər
Delta ştammına görə vaksinin 3-cü dozasının vurulması gündəmə gələ bilər

"Hazırda respublikamızda yayılan ştamm “Delta” ştammıdır".

Bizimyol.info xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib. Onun sözlərinə görə, bu ştammın müalicəsində heç bir fərq yoxdur. Yəni xəstənin klinik vəziyyəti önəmlidir.

Koronavirusun delta ştammının fərqi nədir?

Koronavirus pandemiyası başlayandan bu günə qədər Hindistan ştammı (delta) daha ağır fəsadlarla özünü göstərib. Hindistanda müşahidə edilən delta variantı şiddətli baş ağrısı, burun axıntısı və boğaz ağrısı ilə müşayiət olunur. Delta ştammı gənclərdə soyuqdəymə əlamətləri ilə özünü büruzə edir .

Zoe COVID Semptom Qrupunun apardığı araşdırmaya görə, 40 yaşından kiçik olan şəxslərin 66 faizidndə baş ağrısı, 53 faizində yanaşı boğaz ağrısı, 49 faizində burun axıntısı, 42 faizində tempraturun qalxması müşahidə edilir. Araşdırmaya görə, may ayından bu günə qədər ənənəvi COVID əlamətləri daha azdır. Yəni yoluxanların böyük əksəriyyəti delta ştammına yoluxur.

COVID alfa variantında dad və qoxu bilmə qabiliyyətinin yox olması delta variantında özünü göstərmir. Delta variantı daha çox soyuqdəyməyə bənzəyir və 60 faiz daha çox yayılır. Mütəxəssislərə görə, koronavirusun delta variantı ilk olaraq, Hindistanda görülüb. Daha sonra virus yayılmağa başlayıb və ABŞ, Britaniya, İsveçrə, Yaponiya, Nepal və Rusiyada da görülüb.

Delta ştammının yoluxuculuğu daha sürətlidir, ağciyər hüceyrələrinə daha asanlıqla yapışa bilir və antikor müalicəsinə daha güclü müqavimətə sahibdir. Delta variantı daha çox vaksin vurulsa belə, bədənində antikor səviyyəsi yaranmayan şəxslərdə müşahidə edilir. Bu səbəbdən də vaksinin 3-cü dozasının vurulması gündəmə gələ bilər.

Araşdırmalara görə, 2 doza Sinovac vurulan şəxslərdə 3-cü dozadan sonra yüksək antikor yaranır. Terapevt Xəyal Qurbanovun sözlərinə görə, pandemiyanın tez bir zamanda nəzarətə alınması üçün vaksinasiya önəmlidir. Çünki virusun delta variantı daha ağır fəsadlarla özünü biruzə edə bilir.

"Yolxuma azalsa, virusun mutasiyaya uğrayaraq dəyişməsi də azala bilər. Bunun üçün vaksinasiya vacibdir. Virus mutasiyaya uğrayaraq daha ağır formaları ilə qarşımıza çıxa bilər. Eyni zamanda qapalı yerlərdə mütləq maska taxmaq və gigiyenik qaydalara əməl etmək lazımdır" - deyə həkim bildirib.

Qeyd edək ki, koronavirusun delta ştammında dad və qoxu bilmə qabiliyyəti itmir. Virusun delta ştammı aşağıdakı əlamətlərlə özünü büruzə edir:

  • Baş ağrısı
  • Boğaz ağrısı
  • Tempraturun qalxması və titrəmə
  • Əzələ ağrıları
  • Qarın ağrısı
  • Burun axması

Bu əlamətlərə halsızlıq və yorğunluq əlamətləri sonrakı 2-3 gündə əlavə olunur. Delta ştammı sürətlə yayılır. Bəzi insanlar xəstəliyi əlaməti olmadan da keçirə bildikləri üçün yayılma sürəti artır.

COVID-19-un delta ştammı qanın laxtalanması, qonqrena, eşitmə qabiliyyətinin itməsi, mədə-bağırsaq problemləri və ölümlə ilə nəticələnir. Mütəxəssislərin fikrincə, vaksinasiya delta ştammından da qoruyur.

İlahin, Bizimyol.info

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »