Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksin vurduranlar niyə təkrar bu virusa yaxalanır?
Vaksin vurduranlar niyə təkrar bu virusa yaxalanır?

“Mart ayından bu günə qədər yoluxan insanların arasında reanimasiya düşənlərin 96 faizi peyvənd olunmayanlardır”. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva bildirib.

Yaqut Qarayeva onu da qeyd edib ki, süni tənəffüs aparatına qoşulanların isə 97 faizi vaksinasiya olunmayanlardır. Belə ki, vəfat edənlərin içərisində 99 faiz peyvənd vurdurmayanlardır. Vaksin olunan şəxslərdən 0,6 faizi hosbitalizasiya olunub. Yəni bu o deməkdir ki, vaksin olunan şəxslər də təkrar koronavirusa yoluxa bilər. Yəni vaksin vurdurmaq, 100 faiz qorunmağa təminat vermir. Bir neçə gün koronavirusdan sağalan əməkdar artist Nigar Şabanova da vaksinin hər iki dozasını vurdurmasına baxmayaraq, yenidən koronavirusa yoluxduğunu qeyd etmişdi. Türkiyəli müğənni Alişanın qardaşı vaksinin iki dozasını vurdurmasına baxmayaraq, koronavirusdan dünyasını dəyişdi. Baş verənləri müşahidə edərək, demək olar ki, vaksin koronavirusdan 100 faiz qorumur.

Yaqut Qarayeva Yaqut Qarayeva

Bəs vaksin vurduranlar niyə təkrar bu virusa yaxalanır?

Qeyd edək ki, Biontech / Pfizer və Moderna kimi firmaların istehsal etdyi COVID-19 vaksinlərinin xəstəliyə qarşı 95 faiz qoruduğu sübut edilib. Azərbaycanda isə, daha çox Çinin istehsal etdiyi CoronaVac vaksini tətbiq edilir.

Mütəxəssislər COVID-19-a yaxalanıb, sağalan və ya vaksin olunub bədənində yetərli qədər antikor yaranan şəxslərin yenidən koronavirusa yoluxma səbəblərini araşdırıb. Tel Əviv Universitetinin Xərçəng Araşdırmalar Mərkəzinin nümayəndəsi professor Conatan Gerşoni bu vəziyyətə bir neçə amilin səbəb olduğunu açıqlayıb. O, qeyd edib ki, ilk öncə tətbiq edilən vaksinlərin heç birinin qoruyuculuğu 100 faiz deyil. Bundan başqa bəzi insanlar var ki, vaksin vurulmasına baxmayaraq, onlarda antikor yaranmır. Bu insanlar 5 faiz təşkil edir. Hər 20 nəfərdən birinin bədənində antikor yaranmadığını qeyd edən professor bildirib ki, vaksin etdirən və bədənində antikor yaranmadığından xəbərsiz olan bu şəxslər "vaksin vurdurduqları üçün arxayın olub" həyatlarına əvvəlki kimi davam edirlər. Bu vəziyyətdə pandemiya yayılmağa başlayır. Həkimin sözlərinə görə, bu səbəbdən də vaksin vurduran hər bir şəxs sosial məsafə qorumalı, şəxsi gigiyena qaydalarına əməl etməli və maska taxmalıdır. Yəni bir sözlə vaksin olunmamaış şəxslər kimi özünü qorumağa çalışmalıdır.

Araşdırmalara görə, BionTech-Pfizer vaksini vurduran şəxslərin cəmi 0,04 faizi təkrar COVİD-19 a yoluxub. Ancaq bu vəziyyət şəxsə və şəxslərin yaşadığı coğrafi mövqeyə görə dəyişə bilər.

Mütəxəssislərin fikrincə, vaksin vurduran şəxslərin yenidən koronavirusa yoluxmasının digər səbəbi isə virusun mutasiyaya uğramasıdır. Yəni vaksin vurduran şəxs vaksinin qarşı olduğu virusa deyil, onun dəyişmiş, mutasiyaya uğramış formasına yoluxur. Məsələn, İsraildə vaksinasiya prosesi 50 faiz aparılıb. Ancaq İsraildə yenidən yoluxmalara nəzər salanda yoluxanların çox hissəsinin Hindistanda meydana gələn delta ştammına yoluxduğu müşahidə edilir. Bu səbəbdən də mütəxəssislər tövsiyyə edir ki, vaksin vurduran şəxslər də bütün qaydalara əməl etməlidir. Çünki koronavirus mutasiyaya uğrayır və yeni formaları meydana gəlir.

Vaksin olunan şəxlərin yenidən virusa yoluxma səbəblərindən biri isə, virusun immun sistemin müqavimət gücünü qırma gücünün yüksək olmasıdır. Vaksin vurdurduqdan sonra orqanizmdə virusa qarşı müqavimət güclənir. Və antikorlar çoxalır. Ancaq virusun bəzi ştammları daha güclü olduğu üçün bədəndə olan antikor səviyyəsindən daha sürətlə çoxalır. Bu da vaksin olunmuş insanların təkrar yoluxmasına səbəb olur. Vaksin olunub virusa yoluxanlar xəstəliyi çox zəif keçirir. Bundan başqa orqanizmi zəif olan insanlar vaksin olunsalar belə virusa yenidən yoluxa bilirlər.

Həkim terapevt Məlahət Abbasovanın sözlərinə görə, bəzi insanların orqanizmi zəif, olduğu üçün koronavirusa yoluxur. Bunu vaksin olunan şəxlərin orqanizmindəki antikor səviyyəsini öyrənərək bilmək mümkündür. Vaksin, hər kəsin orqanizmdə müxtəlif antikor səviyyəsi yaradır. Bundan başqa bəzi şəxslər ilk doza vaksin vurdurduqdan öncə və ya sonra koronavirusa yaxalandıqları üçün ikinci doza vaksin təsirli olmur.

İsraildə 3,4 milyon vaksin edilən şəxs üzərində araşdırma aparılıb və müəyyən edilib ki, onlardan cəmi 4711 nəfər yenidən koronavirusa yoluxub. Bu isə 0,2 faizdən belə azdır. Onlardan 907 nəfərdə heç bir simptom müşahidə edilməyib, cəmi 429 nəfər xəstəxanaya yerləşdirilib. Vaksin vurduran şəxslərdən cəmi 99 nəfəri yenidən xəstəliyə yoluxaraq dünyasını dəyişib.

Mütəxəssislərə görə, vaksinlər 100 faiz yoluxmadan qorumasa belə, həyat üçün təhlükəni dəfələrlə azaldır. Yəni vaksin edilən şəxslər yenidən koronavirusa yoluxduqları zaman nadir hallarda xəstəxanaya yerləşdiriləcək vəziyyətə düşür və ya ölür.

Virusdan qorunmağın yeganə yolu isə, gigiyenik qaydalara əməl etməklə yanaşı orqanizmin gücünü artırmaqdır. Bunun üçün isə qidalanmaya diqqət yetirmək, immun sistemi gücləndirən qidalar qəbul etmək lazımdır.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »