Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmran Xan Əfqanıstandakı vəziyyəti qonşu dövlətlərlə müzakirə etmək istəyir
İmran Xan Əfqanıstandakı vəziyyəti qonşu dövlətlərlə müzakirə etmək istəyir

“Heç bir ölkə Pakistanı bu prosesdə gözardı edə bilməz, çünki məhz o əfqan taliblərini ABŞ-la dialoqa inandırıb”,-Pakistanın daxili işlər naziri şeyx Rəşid Əhməd İslamabadın Əfqanıstanda “sülhün təmin edilməsindəki rolunu” tərifləyərək deyib.

virtualaz.org xəbər verir ki, şeyx Rəşid Əhməd Pakistanın Əfqanıstandakı “sülh prosesindəki rolunun” uzun müddət unudulmayacağını bildirib.

“Məhz Pakistan “Taliban”la ABŞ-ın danışıqlar masası arxasına oturmasında əhəmiyyətli rol oynayıb”,-daxili işlər naziri vurğulayıb. Onun sözlərinə görə, baş nazir İmran Xan Əfqanıstanın ölkədən qaçmış keçmiş prezidenti Əşrəf Qənini də taliblərlə danışıqlar aparmağa inandırmağa çalışıb, amma Qəni bu danışıqlara hazır deyildi.

Pakistanın xarici işlər naziri Şah Məhəmməd Qureyşi isə jurnalistlərə bildirib ki, devrilmiş prezident Əşrəf Qəninin hökumətinin “Taliban”a qarşı apardığı təbliğatın yalan olduğu ortaya çıxıb. Çünki “Taliban” ölkəyə nəzarəti ələ alandan sonra ümumi aministiya elan edib və qız uşaqlarının təhsil almasına qarşı olmadığını bildirib. “Bütün dünya bilir ki, Əfqanıstanda korrupsiyalaşmış struktur və sistem mövcud idi”,-nazir deyib.

Qureyşi qeyd edib ki, indi dünya ölkələri əfqan probleminin həlli üçün Pakistana müraciət edir, çünki onu məsuliyyətli ölkə hesab edir. Xarici işlər naziri onu da bildirib ki, baş nazir İmran Xanın göstərişi ilə o, Əfqanıstandakı situasiyanı müzakirə etmək üçün Özbəkistan, Tacikistan, Azərbaycan və İrana səfər etməyə hazırlaşır.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »