Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DİN rəsmisi karantin rejimlərinin pozulmasına görə nəzərdə tutulan cərimələri açıqladı
DİN rəsmisi karantin rejimlərinin pozulmasına görə nəzərdə tutulan cərimələri açıqladı

Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev bildirib ki, iyul ayının 1-dən bu günə qədər monitorinq qrupları tərəfindən 4865 toy mərasiminin monitorinqi həyata keçirilib.

“Vəziyyət ürəkaçan deyildi. Vətəndaşlar bu qaydalara əməl etmirdilər. 2366 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub, 27 nəfərlə bağlı materiallar məhkəməyə göndərilib.

Toy mərasimlərində 46 899 nəfərin COVID pasportu olmadan şənliklərə gəldiyi məlum olub. Hətta onların arasında aktiv koronavirus xəstələridə olub.”, - deyə DİN rəsmisi vurğulayıb.

E. Hacıyev sonda onu da qeyd edib ki, karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər 200-400 manat, vəzifəli şəxslər isə 4000-5000 manat aralığında cərimə olunacaqlar.

“Hətta işin hallarına görə, xətanı törədənin şəxs 1 aylıq həbs tədbiri nəzərdə tutulub”-deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Daha bir Türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
Son xəbərlər
Bütün xəbərlər »