Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konfrans Liqası: "Neftçi" 3 qol vurub qələbə qazana bilməyib
Konfrans Liqası: "Neftçi" 3 qol vurub qələbə qazana bilməyib

Azərbaycan çempionu “Neftçi” Konfrans Liqasında debüt edib.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqası ilə vidalaşan Bakı təmsilçisi qitənin üçüncü dərəcəli klub turnirinə pley-offdan başlayıb.

Samir Abasovun yetirmələri Hayfa “Makkabi”si ilə ilk görüşü evdə keçirib. İsrail çempionu ilə qarşılaşma uğursuz başlayıb.

Rəqibin zərbəsindən sonra Voislav Stankoviçə çarpan top erkən qola səbəb olub. Məğlub duruma düşməsinə baxmayaraq, sonadək mübarizə aparan “Neftçi” oyunda dönüş yaratmağa müvəffəq olub.

Fasilədən sonra Yusuf Laval səhnəyə çıxıb. İki qol vuran legioner bakılıları hesabda önə çıxarıb. Onun assistini qola çevirən Emin Mahmudov fərqi artırıb.

Amma bakılılar azlıqda qaldıqdan sonra üstünlüyü əldən verib. İki qol vuran israillilər 3:3 hesablı sülhə nail olub.

Qeyd edək ki, “Neftçi” avqustun 26-da İsraildə “Makkabi”nin qonağı olacaq.

Konfrans Liqası

Pley-off, ilk oyun

19 avqust

21:00. “Neftçi” – “Makkabi” (Hayfa, İsrail) - 3:3

Qollar: Yusuf Laval, 50, 66, Emin Mahmudov, 72 - Omer Atzili, 9, Tyaron Çeri, 78, 90+6

Qırmızı vərəqə: İsmayıl Zülfüqarlı, 77

Baş hakim: Delayod Uilli (Fransa)

“Neftçi”: 30. Aqil Məmmədov, 20. Mərt Çelik, 3. Mamadu Mbodj, 6. Voislav Stankoviç, 11. Harramiz Suares, 8. Emin Mahmudov (k), 36. Mamadu Kane, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 21. İsmayıl Zülfüqarlı, 14. Romen Bask

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 22. Mirabdulla Abbasov, 26. Ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov, 10. Sezar Meza Kolli, 4. Huqo Basto, 19. Fəhmin Muradbəyli, 27. Fərid Yusifli

Baş məşqçi: Samir Abasov

“Makkabi”: 44. Coşua Kohen, 5. Boqdan Planiç, 12. Sun Menaşem, 24. Ori Dahan, 25. Yozef Raz Meyr, 4. Ali Mohamed, 7. Omer Atzili, 14. Xose Rodrigez, 16. Mohammad Abu Fani, 10. Tyaron Çeri (k), 21. Din David

Ehtiyat oyunçular: 52. İtamar İsraeli, 77. Royi Fuks, 2. Rayan Strain, 3. Şon Qoldberq, 6. Neta Lavi, 18. Yuval Aşkenazi, 8. Dolev Haziza, 9. Ben Sahar, 15. Ofri Arad, 55. Rami Gerşon, 26. Mahmud Jaber, 33. Maor Levi

Baş məşqçi: Barak Baxar

Bakı. “Bakcell Arena”

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› Ərdoğan: "İğdırdan Azərbaycana yol çəkəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »