Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya “güclərin balansı” adı ilə işğalçı dövləti silahlandırır”
“Rusiya “güclərin balansı” adı ilə işğalçı dövləti silahlandırır”

Silah tədarükü Rusiyanın suveren hüququdur.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova avqustun 19-da keçirdiyi brifinqdə bildirib: “Çox oxuyuruq və bu barədə eşidirik. Ancaq diqqətinizi çəkmək istərdim: biz həm Ermənistan, həm də Azərbaycanla müvafiq qarşılıqlı əlaqə qurmuşuq. Bunu edərkən, bölgədə güclərin balansının qorunması ehtiyacını nəzərə alırıq".

Xatırladaq ki, bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasını Ermənistanı silahlandırmamağa çağırmışdı.

M.Zaxarovanın açıqlamasını Bizimyol.info saytına şərh edən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib ki, bu mövzuda qərar vermək Zaxarovanın kompetensiyasında deyil.

Rasim Musabəyov Rasim Musabəyov

“Bu işlər daha yuxarı səviyyədə həll olunur və əminəm ki, bu istiqamətdə Bakı ilə Moskva arasında müəyyən danışıqlar olub. Ermənistan Azərbaycanın torpaqlarını işğal etmişdi və indi də yenidən buna cəhd etməyə çalışır, revanşist əhval-ruhiyyə ilə silahlanır. Azərbaycan isə yalnız öz ərazi bütövlüyünü müdafiə etmək üçün silahlanır”, - deyə deputat bildirib.

O, “güclərin balansı” ifadəsinə belə reaksiya verib: “Hansı balans? Yoxdur o balans! Azərbaycan üstündür və həmişə də belə olacaq”.

Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə bildirib ki, son 30 ildə bütün beynəlxalq sənədlərə, qətnamələrə baxmayaraq Ermənistanı kimin silahlandırması göz önündədir.

Asim Mollazadə Asim Mollazadə

“Rusiyanın Ermənistana necə yanaşdığını şərh etməyə ehtiyac yoxdur. Ermənistan hakimiyyəti də yenidən Rusiya ilə yaxınlaşmağa, silahlanaraq Azərbaycana qarşı revanşist addımlar atmağa çalışır. Lakin “dəmir yumruq” yerindədir və onlar bunu daim hiss edəcəklər”, - deyə A.Mollazadə bildirib.

O qeyd edib ki, Rusiya Ermənistanı silahlandırmaqdan çox, bölgədəki fəaliyyətini üçtərəfli bəyanatın şərtlərini icra etməyə yönəltsə, daha yaxşı olar: “Əgər Rusiya bölgədə sülh və sabitlik istəyirsə, o zaman üçtərəfli bəyanatın icrasını sürətləndirməlidir”.

Deputat əlavə edib ki, Rusiyanın Ermənistanı silahlandırmasına baxmayaraq, Azərbaycan silahlı qüvvələri öz üstünlüyünü regionda qoruyub saxlayacaq.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »