Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əzələləri ilə bodibilderləri qısqandıran mavi inəklər
Əzələləri ilə bodibilderləri qısqandıran mavi inəklər
Belçika sortu sayılan mavi inəkləri qəribə görünüşlərinə görə həm də bədheybət adlandırılar.Kənardan baxınca sanki əzələləri qabarmış bu iribuynuzlu heyvanlar bodibilderləri xatırladırlar.

Bu görünüşə mavi inəklər genlərindəki mutasiya sayəsində nail olurlar. Həmin mutasiya orqanizmdə əzələlərin həddən artıq inkişafına kömək edən zülalın- miostatinin yaranması nəticəsində mümkün olub. Əzələ həcmləri azalmır, piy olmadığına görə əti zərif və dadlı olur. Bodibilderlərin həsəd aparacağı bu mutasiya inəklərin əzələ kütləsini daima şox və qabarıq şəkildə saxlamasına səbəb olur. Məlum məsələdir ki, gərgin məşqlər etmədən insanda belə əzələ kütləsini toplamaq imkansızdır və kpməkçi vasitələr, məşqlər davam etdirilməzsə toplanmış əzələlər itir. Hazırda mavi inəklərin bu maraqlı genetikasından insan orqanizmi üçün hansı faydaların götürülə biləcəyi barədə araşdırmalar aparılır.

Bu inəklərin sortu 18-ci əsrdə Belçikada əldə edilib. 19-cu ərsdə Fransadakı Şarole öküz sortlarının nəsli ilə bu cins inəklər daha da gücləndirilib. Əvvəlcə fermerlər ətlik- südlük inək cinsi əldə etmək istəyirdilər, lakin sonra aparılan eksperimentlər yalnız ətlik məqsədini hədəfləməyin məqsədəuyğun olduğunu göstərdi.1960-cı illərdə ikiqat əzələ genində mutasiya baş verdi və indiki mavi dərili bodibilder inək sortu yarandı. Bədheybət görünüşlərinə baxmayaraq mülayim xarakterləri var.Tüklərinin rəngi ağ boz, mavi və tünd mavidən qaaya doğru dəyişə bilir.Ona görə də mavi inək sortu kimi tanınır.

Boyaları 150 santimetr olsa da çəkiləri 1250-1300 kiloya çatır. Bu inəklərin bir problemi var. Nəsil artımaq məsələsi. Dişi inəklərin balalaması üçün onlar mütləq veterinar yardımı ilə qeysəriyyə əməliyyatı olunmalıdırlar. Balalarında ikiqat əzələ forması böyüdükcə yaranır. 4-6 həftəlik olanda kiçik buzovlar öz bədheybət analarına bənzəməyə başlayırlar. Anadan olan buzovların çəkisi erkəklərdə 40-75, dişilərdə 38-60 kilo təşkil edir.

Bir çoxları bu heyvanların yemlənməsində GMO-dan istifadə edildiyini, qida üçün təhlükəli olduğunu desələr də qurmanlar bildirilər ki, mavi inəklərin əti öz zərifliyi ilə fərlənir. Yumşaq iqlim şəraitində yaşamağa öyrənmiş bu heyvanlara Fransa, Belçika və Almaniya fermalarında rast gəlmək olar. Xüsusi qulluq tələb etdiklərinə görə, Rusiyada iqlimin soyuq, Azərbaycanda isə isti olması mavi inəklərin burda bəslənməsinə imkan vermir.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› Sabiq deputat vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »