Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistandakı son əsgər ölümləri “dedovşina”nın işidir”
“Ermənistandakı son əsgər ölümləri “dedovşina”nın işidir”

Bu gün səhər saatlarında Ermənistanda hərbi hissələrdən birinin ərazisində, post yaxınlığında 3 erməni əsgərinin cəsədləri aşkarlanıb.

Daha sonra sosial şəbəkələrdə və “Telegram” kanallarında belə informasiya yayıldı ki, guya, həmin əsgərlər Azərbaycanın “diversiya” qrupları tərəfindən öldürülüblər.

Bizimyol.info Ermənistan mətbuatına istinadən xəbər verir ki, sözügedən məlumatın yayılmasından sonra, Ermənistanın ombudsmanı Arman Tatoyan dərhal məsələni Ermənistanın müdafiə naziri Arşak Karapetyanla aydınlaşdırmağa çalışıb.

Ombudsmanın rəsmi sosial şəbəkə hesabında qeyd olunur ki, nazir ombudsmana insidentlə bağlı vəziyyəti təsvir edib. Nazirin sözlərinə görə, Ermənistanın üç əsgərinin ölümü Azərbaycanın diversiya müdaxiləsi barədə baş tutması barədə məlumatlar həqiqətə uyğun deyil.

Ombudsman məsələ ilə bağlı iş açdığını və bu ölümlərin səbəbini araşdıracağını, vəziyyəti aydınlaşdırmaq üçün müxtəlif dövlət orqanlarına sorğular göndərəcəyini bildirib.

Bu məsələni Bizimyol.info saytına şərh edən hərbi ekspert Tərlan Eyvazov bildirib ki, ombudsmanın məsələ ilə bağlı iş açması həmin hərbi hissədə həqiqətən də ciddi bir çəkişmələrin olmasından xəbər verir.

Tərlan Eyvazov Tərlan Eyvazov

“Aydındır ki, bu, Azərbaycan silahlı qüvvələrinin əməli ola bilməz. Bizim əsgərlər hansısa postdan erməniləri ya şillə-təpiklə qovurlar, ya da hücum edib o postu götürürlər. Amma burda hansısa hücumdan, postun götürülməsindən söz getmir. Həmin əsgər ölümləri Azərbaycanın yox, “defovşina”nın işidir”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, sözügedən 3 əsgərin ölümü daxili çəkişmələrlə bağlıdır.

“Ermənistan ordusu 44 günlük müharibədən hələ də özünə gələ bilməyib. Tez-tez nazirlərin və vəzifəli şəxslərin dəyişməsi, ordu daxilindəki nizam-intizam boşluğu və psixoloji düşkünlük bu kimi hallara gətirib çıxarır. Görünür ki, həmin əsgərlərin ordu daxilindəki “razborka”lar nəticəsində həlak olduğu ombudsmana da məlumdur”, - deyə T.Eyvazov qeyd edib.

O, əlavə edib ki, Azərbaycan ordusudakı psixoloji vəziyyət nəinki Ermənistan, MDB və dünyanın bir çox ölkələri ilə müqayisədə çox yüksəkdir.

“Azərbaycan ordusunda son zamanlar nizam-intizam hökm sürür və hərbi vətənpərvərlik ruhu, mənəvi durum yüksək səviyyədədir”, - deyə ekspert söyləyib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
Son xəbərlər
Bütün xəbərlər »