Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanın Əfqanıstanda itkiləri elə çox deyil”
“Azərbaycanın Əfqanıstanda itkiləri elə çox deyil”

“Taliban” hərəkatının Kabili ələ keçirməsindən sonra, Azərbaycan və Əfqanıstan arasında olan əlaqələr də mətbuatda mövzuya çevrildi.

Bu əlaqələrin səviyyəsi və Azərbaycanın bu proseslərdəki itkiləri də maraq kəsb etməyə başladı.

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanın Əfqanıstanla apardığı ticarət mübadiləsinin həcmi 6,331 mln. ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrü ilə müqayisədə 4,9 dəfə azdır.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycandan Əfqanıstana ixracın həcmi 6,299 mln. dollar, idxal isə 31,64 min dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 4,9 dəfə azalıb. İdxala gəldikdə isə, ötən ilin yanvar-iyul aylarında Azərbaycan Əfqanıstanla idxal əməliyyatları aparmayıb.

Nəticədə, 2021-ci ilin yanvar-iyul aylarında 6,268 mln. dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,9 dəfə azdır (apa.az).

Düzdür, Azərbaycan və Əfqanıstan arasında elə sıx iqtisadi əlaqələr yox idi, rəsmi Kabili “strateji tərəfdaş” saymaq da olmazdı. Lakin müəyyən münasibətlər var idi və son illərdə qarşılıqlı səfərlər sıx-sıx müşahidə olunur.

Həmçinin nəzərə alsaq ki, Azərbaycan uzun illər Əfqanıstana olan yükdaşımalar üçün tranzit rolunu oynayıb və ABŞ-ın yük təyyarələrinə Bakıda texniki xidmət göstərilib, bu, özlüyündə Azərbaycanın mənfəətdən məhrum olduğunu göstərir.

Təəssüf ki, internetdə belə bu məsələ ilə bağlı çox məlumata və konkret rəqəmlərə rast gəlmədik. Amma danılmaz faktdır ki, ABŞ və digər NATO ölkələri üçün texniki xidmət, Bakı hava limanından istifadə pulsuz olmayıb. ABŞ-ın öz qoşunlarını Əfqanıstandan çıxarması ilə də, Əfqanıstanda Qəni rejimininin tənəzzülü başladı. Bu isə Azərbaycan üçün “sil başdan” deməkdir.

Azərbaycanın Əfqanıstanda itirdiyi nə oldu? Bu itkilərin həcmi nə qədərdir?

"Azərbaycan Hava Yolları" QSC (AZAL) prezidentinin ictimai əlaqələr üzrə köməkçisi Rəşad Kəsəmənski Bizimyol.info saytına bildirib ki, AZAL Kabilə heç bir yükdaşıma həyata keçirməyib: “AZAL sərnişin daşıma xidməti göstərir və Kabilə də heç vaxt reyslərimiz olmayıb. Siz dediyiniz məsələ ilə “Silk Way Airlines” məşğul olur”, - deyə AZAL-ın sözçüsü qeyd edib.

O, hər hansı rəqəmlər barədə məlumata malik olmadığını əlavə edib.

İqtisadçı-ekspert Nemət Əliyev bildirib ki, Azərbaycan xalqı Əfqanıstandakı proseslərə görə elə də çox şey itirməyib.

Nemət Əliyev Nemət Əliyev

“Onsuz da iri şirkətlər dövlətə nəinki mənfəət gətirirlər, əksinə, daim dotasiyalar və yardımlar əsasında işləyirlər. “AZAL”-a yeni ideyalar, vəziyyətdən çıxmaq barədə danışsaq, növbəti gün qiymətləri yenidən qaldıracaq. Çünki onlar başqa cür işləməyin yolunu bilmirlər. Azərbaycan vətəndaşları dövlətdən asılı olan böyük şirkətlərin faydasını heç vaxt hiss etməyiblər. Bəli, Azərbaycanın NATO ölkələrinə yükdaşıma xidmətləri göstərməsi müəyyən mənada gəlir gətirirdi. Bundan sonra, o gəlirlər olmayacaq. Lakin Azərbaycan bu itkiləri kompensasiya edə bilər. Məsələn, elə ABŞ ilə əlaqələri inkişaf etdirərək, fərqli istiqamətlərdə olan yükdaşımaları artıra bilərik”,- deyə N.Əliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Əfqanıstan arasında ticarət əlaqələri elə də böyük olmayıb: “Dövlət büdcəsinə təsir edəcək itkilərdən söz gedə bilməz. Lakin söhbət bu tərəfdaşlığın potensialından, perspektivlərindən gedirsə, bəli, Azərbaycan-Əfqanıstan əlaqələrində uzun müddət fasilə olacaq”.

N.Əliyev qeyd edib ki, “Taliban”ın xarici iqtisadi əlaqələrlə bağlı hansı yol tutacağı hələ məlum deyil: “Əfqanıstanın iqtisadiyyatı yox səviyyəsindədir. Lakin bu ölkədə bəzi sahələri inkişaf etdirmək üçün böyük potensial var. “Taliban”ın bu potensialdan necə istifadə edəcəyini demək hələ çətindir”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »