Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəstəboy kişilər və kök qadınlar başqalarından daha az pul qazanır
Bəstəboy kişilər və kök qadınlar başqalarından daha az pul qazanır

İnsanlara bir çox hallarda xarici görünüşünə görə qiymət verirlər. Yeni araşdırma da bu acı həqiqəti ortaya qoyub. Bəstəboy kişilər və kök qadınlar başqalarından daha az pul qazanır. Onların karyera pilləkənində irəliləmək şansı daha aşağı olur.

Bizimyol.info xəbər verir ki, Ayova Universitetinin araşdırmasında həmin şəxslərin ildə 1000 dollar geri düşməsindən bəhs olunur. Daha ucaboylar və formada olanlara bəstəboy kişilərə, kok qadınlara nisbətən daha çox məvacib təklif edilir.

Araşdırma layihəsinin rəhbəri Suyonq Sonq deyir ki, nəticə onları təəccübləndirməyib. Çünki gözəlliyin maaşı artırması barədə həmişə ümumi fikir olub.

Araşdırmada 2383 könüllünün köməyindən istifadə edilib. Həmin şəxslər həm özünün, həm də ailə üzvlərinin gəlirləri və bədən ölçüləri barədə ətraflı məlumat verib. Məlum olub ki, ucaboy kişilərə boyunun 1 santimetr hündür olması ildə təxminən 998 dollar əlavə gəlir gətirir. Yaxşı formada olan qadınlar da təxminən bu qədər irəli düşür.

Sonq bildirib ki, onlar əvvəlki araşdırmalardan nəticə çıxarıb. Əvvəllər könüllülərin verdiyi məlumatlar yoxlamadan qəbul olunub. İstənilən halda hər şəxs özü haqda mümkün qədər müsbət təəssürat yaratmağa çalışır. Reallıq isə bir az fərqli olur. Ayova Universitetinin əməkdaşları verilən hər məlumatı dəqiqləşdirib. Beləcə, ortaya daha obyektiv mənzərə çıxıb.

Sonq əlavə edib ki, araşdırma əmək bazarında vəziyyətin nə dərəcədə pis olduğunu göstərib. İşçi özündən asılı olmayan səbəblər üzündən daha aşağı məvacibə layiq görülür. Halbuki əsas meyar görülən işin faydalılıq əmsalı olmalıdır.

Araşdırma haqqında yazı hazırlayan “Daily Mail” işə götürülmə mexanizmini dəyişmək lazım gəldiyini xüsusi vurğulayıb. Qəzet hesab edir ki, işə qəbul ediləcək şəxslərlə görüşlər virtual və görüntüsüz keçirilməlidir. Bu halda həmin insanların xarici görünüşü qərarda heç bir rol oynamaz.

Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Qarında artıq yağ qatlarından necə qurtulmaq olar...
››› Bəzi məhdudiyyətlər yumşaldılıb - Həftəsonu ictimai nəqliyyat işləyəcək
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Bakıdan ölkənin regionlarına dəmir yolu ilə sərnişin daşınması bərpa olunur
Son xəbərlər
Bütün xəbərlər »