Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Valideynlərinə deyirdi ya çox göndərin, ya heç göndərməyin, əsgərlərim yemədən heç nə yemərəm"
"Valideynlərinə deyirdi ya çox göndərin, ya heç göndərməyin, əsgərlərim yemədən heç nə yemərəm"

30 illik işğal, sözdə atəşkəs və verdiyimiz şəhidlər...

Torpaqlarımız işğaldan azad edilsə də, bu 30 ildə şəhid olan oğullarımız heç bir zaman unudulmayacaq. İllər keçəcək, bəlkə yeni rahiblər, raqiblər, orxanlar, səyavuşlar, pərvizlər doğulacaq. Ancaq torpaq uğrunda canından keçən gənclərimiz heç bir zaman yaddaşlardan silinməyəcək. Necə ki, ölümündən 5 il keçməsinə baxmayaraq, Rahib Quliyev unudulmur. Rahibin dostları bu gün də onun ailəsini yad edir, vəziyyətləri ilə maraqlanır. çünki Rahib dostalrına dost deyil, qardaş olub.

Quliyev Rahib Nəriman oğlu 1990-cı il iyun ayının 13 Tovuz rayonu Bozalqanlı kəndində anadan olub. Rahib uşaq yaşlarından hərbiyə meyilli olduğu üçün məktəbi bitirdikdən sonra 2005-ci ildə C.Naxçıvanski adına hərbi litseyə daxil olur. 2008-ci ildə isə H.Əliyev adına Ali Hərbi Akademiyaya daxil olur. 2012-ci ildə məktəbi leytenant rütbəsi ilə bitirir və Təlim tədris mərkəzində 1 illik təkmilləşdirmə kursu keçir. 2013-cü ildə Xocavənd Füzuli bölgəsində yerləşən "N" saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlayır. 2015-ci ildə baş leytenant rütbəsi alır. Ancaq 2016-cı il fevral ayının 10-da xidmət apararkən düşmən snayperinin atəşi nəticəsində şəhid olur.

Rahib haqqında Bizimyol.info saytına şəhidin qohumu Vüqar danışıb:

"Rahib uşaq yaşlarından idmana maraqlı idi. Buna görə də koksinkay idman növü ilə məşğul olurdu. Onun babaları din adamı olduğu üçün uşaq yaşlarından ərəb əlifbasını da öyrənmişdi. Anası onu dindar görmək istəyirdi. Ancaq İranın Qum şəhərində təhsilini davam etdirəcəyini eşidən anası buna razı olmur. Atası Rusiyaya işləməyə getdiyi üçün ailənin bütün yükü 7-ci sinifdə oxuyan Rahibin çiyinlərində idi. Rahibin özündən başqa bir bacısı da var".

Vüqarın sözlərinə görə, həmin dövrlərdə rayonda qaz olmadığı üçün qışa odun tədarükü və digə təsərrüfat işləri Rahibi möhkəmləndirir, gücləndirirdi. Ailənin çörək ehtiyacını belə Rahib uşaq ikən çörək satmaqla ödəyirdi.

"Uşaq vaxtlarında Türk serialı var idi, "Emr et, komutanım" adlı serialı çox sevirdi. Həmin dövrdə Tovuzda olan döyüşlər də onun vətənpərvər biri kimi yetişməyinə zəmin yaratmışdı. Rahib hərbçi olmağı arzulayırdı. Atası buna razı olmasa da, Rahibi C.Naxçıvanski adına hərbi litseyin imtahanına apardı. Düşünürdü ki, "onsuz da imtahandan keçməyəcək". Amma elə olmadı. Rahib imtahanlardan keçdi və hərbçi həyatına qədəm qoydu",- deyə Vüqar danışır.

Vüqarın sözlərinə görə, Rahib həmişə valideynlərinə deyirmiş ki, "mənə nəsə göndərəndə ya çox göndərin, ya da heç göndərməyin. Mən, əsgərlərim yemədən heç nə yemərəm. Hamısına çatacaq qədər yollayın". Elə buna görə də bu gün Rahib həyatda olmasa da, yüzlərlə əsgər onun ailəsinə baş çəkir. Hamı bir kəlməni deyir: "Rahib bizə komandir deyil, qardaş idi"...

Rahib həmişə deyərmiş ki, "siz mənim necə dostlarım olduğunu toyumda görəcəksiniz". Ailə onun necə dostları olduğunu Rahib şəhid olduğu gündən bu günə kimi görür. Rahib həyatda olmasa da, dostları onun ailəsi ilə əlaqəni kəsmir, ailənin vzəiyyəti ilə maraqlanırlar.

Quliyev Rahib Nəriman oğlu

Rahibin rəssamlığa da marağı olub. Hərbi xəritələri də məharətlə çəkmək bacarığı olan Rahib şeirlər də yazırmış.

"Şəhid olmamışdan bir neçə gün əvvəl "Aman həkim" adlı şeir yazmışdı. Bu günə qədər Rahib haqqında Anar Aranlının müəllifi olduğu "Şəhidliyin Rahib Zirvəsi" adlı kitab işıq üzü görüb. Tünzalə Ağayevanın ifasında "Rahib Zirvəsi" mahnısı ifa edilib". - deyə qohumu qeyd edib.

Rahib Quliyev, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »