Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evimizi xəstəlik yox, yalançı statistika, yalan-dolan yıxır
Evimizi xəstəlik yox, yalançı statistika, yalan-dolan yıxır

Hər gün yoluxma sayını qorxunc şəkildə elan etməklə nəyə nail oluruq?

2 ildir həyatımızın kabusuna çevrilən pandemiya artıq böyüklü kiçikli hər kəsi bu sahədə “ “mütəxəsisisə” çevrilib. İki ildir bir nömrəli mövzumuz koronavirusdur . Və onu gündəmdən düşməyə qoymayan, göz önündə qalmasını istəyənlər təbii ki var. Ehtiyatlı igidin anası ağlamaz deyirlər. Amma qorxaq da gündə min dəfə ölür axı. Hər gün yoluxma sayı ilə bağlı statistikanı həyəcan təbili çala – çala göstərirlər. Hər gün bir neçə dəfə insanları stress yaşamağa məcbur edirlər. Unudurlar ki, əhali arasında hər kəs sağlam deyil, yanaşı xəstəlikləri olanlar var, psixoloji problem yaşayanalar var. Üstəlik müharibədən sonra gərginlik yaşayan insanların sayı heç də az deyil. Bütün gün koronaviris artdı, ölən artdı, karantin gəlsin deyib haray-həşir salırıq. Təbii ki, 10 milyonluq əhalinin hamısının fikri üst- üstə düşə bilməz. Hərə bir rəy yürüdür.karantin olsun deyənlər də var , buna hazırlıq görənlər də.

Bəs karantin olacaqsa, bu insanlar baş alıb gedən bu bahalıqda nə ilə dolanacaqlar, bunu düşünən varmı? Bazarda bütün məhsulların qiymətlərində ikiqat bahalaşma var. Əvvəlki qaydalarla aldığımız maaş yarım ay qənaətlə dolanmağa ancaq yetir. Bəs sonra? Bəs o maaşı ala bilməyən işsizlər?

“Bütün günü virus gəldi, virus aldı başını getdi” deyirik, yalan deyil, bəli var. Amma bu ölkədə onkoloji , kardioloji, hepatit, vərəm, şəkər kimi, eyni zamanda psixiatrik xəstəliklərdən əziyyət çəkən və dövlətin yardımına ehtiyacı olan minlərlə insan da var. Bu ölkədə əlilliyini sübut edə bilməyib xəstəliyi ilə baş başa qalmış insanlar da var.Koronavirus uğur deyil ki, onu öyünə -öyünə qabarda- qabarda göstəririk. Bu ölkədə insultdan , miokard infarktından da ölənlər var. Bu ölkədə gücü yalnız özünə yetib intihar edənlər də var. Və bu ölümlərin çoxunda günahkar yalnız insanın özü yox, yaşadığı cəmiyyətdir. Niyə ona haray-həşir salmırıq? Niyə təkcə covid?

Bu ölkənin baş psixiatrı var. İntiharlarla bağlı xəbərlər yayılanda bunu mətbuata irad bildirib “ bu barədə yazmayın, təbliğ etməyin” deyirlər. Bəs bu qədər stressin insanlara nə dərəcədə pis təsir etdiyini bilmirlərmi, Niyə hörmətli Baş Psixiatrımız bu barədə susur? İnsanları xəstəlikdən çox, onun qorxusu öldürdü ilk başlarda. İlk yoluxanlara yad planeltli kimi baxdıq, yoluxub sağalmış adamlar gözümüzdə kosmosu fəth edib gəlmiş adamlara dönmüşdü sonrakı mərhələlərdə. Sonrakı deyirəm, çünki yadınızdadırsa 2020-ci ilin mart ayından iyun ayına qədər xəstələrin sayı bildirilsə də, heç kim nə yoluxanları görməmişdi, nə də ətrafımızda belələri var idi. Telekanallar belə kovid xəstələrinin üzlərini gizlədib göstərirdilər. Sanki ayıb bir iş etmişlərmiş kimi. Sonra tendensiya dəyişdi. Xəbərçilər hansısa sağlam adamı xərəyə uzadıb, müsahibəni aldılar, sonra da adam xərəkdən durub getdi işinin, gücünün dalınca. Bizim evimizi xəstəlikdən də çox yalançı statistika, yalan, dolan yıxır. O qədər gerçəklərlə yalanları sintez edirik ki, kimsə artıq olanlara da inanmır.

Sovet dönəmin gülməli bir hadisəsini xatırlayıram. Kolxoza müfəttiş gəlir. Fermanın qoyunlarını sayacaqmış . Sədr də qoyunları satıb yeyib. Çobana tapşırır ki, tövlənin ön qapısın aç burax qoyunları saysınlar, sonra sayılmış qoyunları arxa qapıdan fırlat gətir bir də keçir göz önündən.( karusel qaydası) . Qoyundur da kim tanıyacaq. Çoban say çox olsun deyə o qədər fırladıb təkrar təkrar gətiri ki, sayılan qoyunun sayı siyahıdakından qat- qat çox çıxır.

Siyahıdır da . Kimdir bir- bir yoxlayan. Təkrar yoluxmuşa, yoluxmamışa baxan. Təki plan dolsun.

Plan xatirinə, hansısa məmurun tapşırığı yerinə yetsin xatirinə yaşayan cəmiyyətdə vətəndaşa hörmət, onun fikirləri ilə hesablaşma keçir arxa plana. Biz kim üçün yaşayırıq?

İlhamə

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Şəhidin qardaşı bayrağı dəyişərkən hündürlükdən yıxılaraq ölüb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »