Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aksiz markasız 192.100 ədəd siqaretin realizə edilməsinin qarşısı alındı
Aksiz markasız 192.100 ədəd siqaretin realizə edilməsinin qarşısı alındı

Dövlət Gömrük Komitəsi Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə Azərbaycan Respublikasının vətəndaşına məxsus və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatının Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən mənzildə satış məqsədilə saxlanılması və realizə olunması barədə əməliyyat məlumatı daxil olub.

Bununla əlaqədar yaradılan əməliyyat qrupu qeyd edilən ünvanda məhkəmənin qərarına əsasən axtarış həyata keçirib. Axtarış zamanı evin mətbəxində Azərbaycan Respublikasına məxsus aksiz markası ilə markalanmamış müxtəlif adda cəmi 128.300 ədəd siqaret aşkar olunub.

Aksiz markasız 192.100 ədəd siqaret

Adı çəkilən şəxslə sorğu-sual zamanı o, Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən mənzildə də aksiz markasız siqaretlərin olduğunu bildirib. Daha sonra həmin mənzildən müxtəlif adda cəmi 63.800 ədəd siqaret aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
Son xəbərlər
Bütün xəbərlər »