Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yoluxanların sayı artır: “İnfeksiyaya qarşı heç bir peyvənd 100 faiz qorumur”
Yoluxanların sayı artır: “İnfeksiyaya qarşı heç bir peyvənd 100 faiz qorumur”

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, iyun ayının 18-dəAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktı qeydə alınıb, 968 nəfər müalicə olunaraq sağalıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Rəqəmlərdən də göründüyü kimi son günlərdə yoluxmaların sayı xeyli çoxalıb. Maraqlıdır, hazırda ən çox virusa yoluxanlar daha çox kimlərdir? Yoluxanlar arasında peyvənd olunmuş şəxslər dəvarmı?

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, xəstəliyi daha ağır keçirərək xəstəxanaya yerləşdirilən xəstələrin böyük əksəriyyəti məhz peyvənd olunmayan şəxslərdir.

Təyyar Eyvazov Təyyar Eyvazov

“Bildiyiniz kimi pandemiya elan olunandan indiyədək müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda da epidemioloji durum dəyişkənliyi ilə özünü göstərir ki, bunu da biz yoluxma hallarının müəyyən dövrlərdə artması və ya azalmasında görürük. Yəni yoluxmaların keçən ilki artım və azalma müddətləri bu ilki ilə üst üstə düşmədiyindən əvvəlki ilin hər hansı bir ayı ilə bu ilin müvafiq dövründə olan vəziyyəti müqayisə etmək düzgün sayılmır. Eyni tarixin ayrı-ayrı illərdə infeksiyanın alovlanması və ya sönməsi müddətlərinə düşməsi mümkündür. Bunu biz hazırda Azərbaycanda avqust ayı üçün deyə bilərik.

Qeyd olunduğu kimi peyvəndləmə prosesi ölkəmizdə sürətlə davam edir”.

Baş infektsionistin sözlərinə görə, bu infeksiyaya qarşı heç bir peyvənd 100% qorumur, lakin ən çox qorunan şəxslər məhz peyvəndin 2 dozasını almış insanladır ki, bunların da sayı son statistik məlumatlara əsasən təxminən 2,5 milyondur.

“Ölkəmizdə qəbul olunmuş müvafiq vaksinasiya strategiyasını və sonrakı dövrdə daha yoluxucu delta ştamının da Azərbaycanda dövriyyəyə daxil olmasını nəzərə alaraq demək olar ki, tam vaksinasiya olunmuş insanların sayı təxminən 70%-80%-ə çatdıqda yoluxma hallarının əhəmiyyətli azalması müşahidə edilə bilər.

Yaddan çıxarmaq olmaz ki, bəzi insanlarda postvaksinal immunitet zaman axınında zəifləyə bilər, ona görə də gücləndirici dozanın da olunması məhz həssas qrupa daxil olanlar üçün tövsiyə olunur. Beləliklə, hazırda infeksiyaya həssas olan peyvənd olunmamış xeyli sayda insan vardır ki, onlar da bu gün əsas yoluxma kütləsini təşkil edirlər. Rəsmi mənbələr qeyd edir ki, xəstəliyi daha ağır keçirərək xəstəxanaya yerləşdirilən xəstələrin böyük əksəriyyəti məhz peyvənd olunmayan şəxslərdir. Arzu olunandır ki,əhali vaksinasiya prosesində daha da aktiv iştirak etsin və vaksinasiyanın sürəti bir qədər də artsın. Belə şərtlər daxilində yaxın 3-4 ay müddətində qoyulan hədəflərə nisbətən yaxınlaşmağımız mümkündür və belə olduqda epidemioloji durumu daha asan nəzarətdə saxlaya biləcəyik”.

Leyla Mirzə

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »