Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yazıçıdan Hacı Surxaya sərt reaksiya: "Çəkilin, Günəşin önünü kəsirsiniz"
Yazıçıdan Hacı Surxaya sərt reaksiya: "Çəkilin, Günəşin önünü kəsirsiniz"

Hacı Surxayın Məhərrən ayında keçirilən toy məclisləri ilə bağlı fikirləri müzakirələrə və bəzi insalar tərəfindən etirazlara səbəb olub.

Belə ki, hacı, Məhərrəm ayında toy edənlərin xoşbəxtliyinin 99% sual altında olduğunu bildirib.

“Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir”,- deyə qeyd edib.

Yazıçı Aysel Aydın Əlizadə Hacı Surxayın bu çıxışından sonra din xadimlərinə səslənib və onları ciddi mətləblərə keçməyə çağırıb.

Aysel Aydın Əlizadə Aysel Aydın Əlizadə

“Həcc ziyarətinə axan pulların hesabını sorun, hara, kimlərin cibinə gedir o fantastik paralar, niyə müsəlman uşaqlarının təhsilinə, İslam dünyasında elmə, texnologiyaya, mədəniyyətə yatırılmır, bunları xəbər alın. Qadın qaş alsınmı, almasınmı, Ramazanda çimmək olar, olmaz, Məhərrəmlikdə gülmək qadağandır ya yox tipli sualları buraxın artıq. On dörd əsrdir nəyin haram, nəyin halal olduğuna qərar verə bilməmisiniz. Əl çəkin daha insanlardan, onları Allahları ilə təkbətək buraxın, hər kəs qəlbinin səsi ilə yaşasın. Adamları neqativə kökləməyin, ağlaşmaya, bədbəxtliyə sürükləməyin. İmkan verin bu din işıqlı bir çalar alsın, sevinc, rahatlıq gətirsin. Din maqnatlarından tələb edin ziyarətgahlara yağış kimi tökülən vəsaitləri müsəlmanların inkişafına yatırsınlar. Bir stul, bir televizor, bir kompüter icad etməyən İslam dünyasının bədbəxtlikdən, səfalət və cəhalətdən qurtulması üçün çalışın. İnsanların gülməyə, sevinməyə, ümidə, işığa ehtiyacı var. Çəkilin artıq, Günəşin önünü kəsirsiniz”,- deyə yazıçı bildirib.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
Son xəbərlər
Bütün xəbərlər »