Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda “nazir olacağam” deyən baş həkimə 9 il həbs cəzası verildi
Azərbaycanda “nazir olacağam” deyən baş həkimə 9 il həbs cəzası verildi

Bakıda 1 saylı Şəhər Dəri-zöhrəvi Xəstəxanasının keçmiş baş həkimi Rəşad İsmayılova hökm oxunub. O, külli miqdarda dələduzluqda təqsirli bilinib.

Bizimyol.info xəbər verir ki, Rəşad İsmayılov 9 il azadlıqdan məhrum edilib. Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökmə əsasən, keçmiş baş həkim CM-in 178 (dələduzluq) və 32.312 (rüşvət verməyə təhrik) maddələrilə təqsirli hesab olunub.

İttihama əsasən, Rəşad İsmayılov vaxtilə Tibb Universitetində eyni qrupda təhsil aldığı tələb yoldaşı Sürəyya Qasımovaya yaxın vaxtlarda səhiyyə naziri təyin olunacağını, onu da Elmi-Tədqiqat Kardiologiya İnstitutuna baş həkim təyin edəcəyi vədini verərək, ondan 280 min manat pul alıb.

Rəşad İsmayılov məhkəmədə ifadəsində ona qarşı irəli sürülmüş ittihamları qəbul etməyib. O bildirib ki. heç kimi aldatmayıb. Qrup yoldaşından pul aldığını təsdiqləyən sabiq baş həkim ona heç bir vəd vermədiyini, borc aldığını bildirib.

Rəşad İsmayılovun sözlərinə görə, o, tələbə yoldaşından bir neçə dəfəyə aldığı borcu da özünə götürməyib: “Mənə “Pepsi Cola” şirkətindən 1 milyon 300 min dollar pul gəlməliydi. Mənim özümü də aldatdılar. Vüsal Əliyev adlı şəxs mənə söz vermişdi ki, pulumu almaqda mənə kömək edəcək. Buna görə məndən pul istədi. Ona da pul verdim. Sürəyya Qasımovanın əri iki dəfə ona pul verib, mənə yox”.

Sürəyya Qasımova məhkəmədə dindirilərkən əvvəlcə pulu baş həkim təyin olunmaq üçün verdiyini etiraf etməyib. Lakin dindirmənin gedişində bunu təsdiqləyib. O da məlum olub ki, Sürəyya Qasımova özü sinir xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşmış həkimdir, lakin Kordiologiya İnstitutuna baş həkim təyin olunmaq üçün pul verib.

“Mənə demişdi ki, özündə olan bütün pulları da bu məqsədlə yüksək vəzifəli adama verib. O adamın adını burada demək istəmirəm”, - deyə Sürəyya Qasımova bildirib.

Bizimyol.info

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »