Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqan qadın rejissor onu xilas edən Türkiyəyə təşəkkür etdi
Əfqan qadın rejissor onu xilas edən Türkiyəyə təşəkkür etdi

“Taliban”ın hakimiyyəti ələ keçirməsinin ilk günündə Əfqanıstandan həyəcanlı xəbərlər bir-birini əvəz edirdi. Terror təşkilatının bir çox insanlara qarşı amansız davrandığı bildirilirdi. Əfqanıstanın tanınmış rejissoru Səhra Kərimi də küçədə gedərkən video paylaşmışdı. O, ölüm qorxusu yaşadığını gizlətmirdi.

Bizimyol.info xəbər verir ki, Səhra Kərimini Əfqanıstandan çıxarmaq mümkün olub. Burada Türkiyə böyük rol oynayıb. Qardaş ölkənin təmsilçiləri Slovakiya və Ukrayna ilə birlikdə Kərimini Əfqanıstandan çıxarmağa nail olub. Qadın rejissor buna görə Türkiyəyə xüsusi təşəkkür edib.

Səhra Kərimi paylaşdığı videoda “bizi öldürməyə gəlirlər” ifadəsini işlətmişdi. O, “Taliban”ın Kabilə daxil olmasının ilk dəqiqələrində necə dəhşət içində olduqlarını göstərmişdi. Kadrlarda yaxınlıqdakı insanların da şəhəri tərk etmək havasında olduğu görünürdü.

Səhra Kərimi “Twitter” hesabında yazmışdı: “Taliban” Kabili ələ keçirdi. Bir az pul çıxarmaq üçün banka getmişdim. Bağlayıblar. Bunun yaşandığına hələ də inana bilmirəm. Lütfən, bizim üçün dua edin. Bu böyük dünyanın insanları, səssiz qalmayın. Bizi öldürməyə gəlirlər”.

Səhra Kərimi Əfqanıstanı tərk edəndən sonra daha bir paylaşım edib. Əfqan rejissor sağ və təhlükəsiz yerdə olduğunu bildirib. O, Türkiyənin Kabildəki səfirliyi ilə yanaşı, Ukrayna prezident ofisi və Xarici İşlər Nazirliyinə, eyni zamanda, “SlovakFilm”dən Vanda Hirisovaya təşəkkürünü çatdırıb.

Rejissor 1983-cü ildə İranın paytaxtı Tehranda doğulub. Amma əfqan qadın 2012-ci ildə özünə vətən saydığı Əfqanıstana köçüb. O, ölkəsində kino istehsalı sahəsində doktorluq dərəcəsi almış ilk qadın kimi tanınıb. Səhra Kərimi 2019-cu ildə “Əfqanfilm”ə rəhbərlik etməyə başlayıb. Rejissor xeyli sənədli və bədii filmlərin müəllifidir. Onun “Həvva, Məryəm və Aişə” filmi 2016-cı ildə Venesiya festivalında iştirak edib.

Səhra Kəriminin olduğu təyyarə Əfqanıstanı tərk edəndən sonra Ukraynaya üz tutub. Rejissorun indi Kiyevdə olduğu bildirilir.

Paylaş »
››› Ata Abdullayev kimləri şantaj edib: icra nümayəndəsi, maliyyə direktoru...
››› İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
››› 20 qəpiklik maska 50 qəpiyə: Qayğı, yoxsa fürsət...
››› Bakını yağış suları aparır: 14 il də dözün, düzələcək...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Kadırov seçkilərdə dünya rekordu qazanıb
››› Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
Son xəbərlər
Bütün xəbərlər »