Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Taliban”ın islahatları və Hacı Surxayın bədduaları
“Taliban”ın islahatları və Hacı Surxayın bədduaları

Xalqımızın gözü aydın olsun! “Taliban” hərəkatı “Məhərrəmlik” ayında toya gedənləri də bağışladı.

Əlbəttə ki, bu, bir zarafatdır. Son günlər “Taliban” özünün necə dəyişdiyini sübut etmək üçün inanılmaz açıqlamalar verir. Gah ona qarşı döyüşənlərə amnistiya elan edir... Gah dünən təhdid etdiyi Türkiyəyə “qardaş ölkə” deyir. Gah da qadınlara necə azadlıqlar verəcəklərindən dəm vurur.

Bir sözlə, “Taliban” hərəkatı dünyaya açılır, islahatlar aparır. Artıq onlar anlayırlar ki, dünyanı onsuz da “vid-fasonları” ilə qorxudurlar. Bundan artıq sərt danışıb qorxutmağa ehtiyac yoxdur.

“Taliban” öz islahatlarında olsun, mən də sizə “Cümə” Məscidinin axundu Hacı Surxay Məmmədlidən danışım. S.Məmmədlinin bir açıqlaması sosial şəbəkələrdə paylaşılır: “Məhərrəmlikdə toy edənlərin 99 faizi xoşbəxt olmayacaq, uşaqları xəstə doğulacaq”.

Google-da xəbərin tam mətnini axtardım və tapdım. Bu da tam mətn deyil, amma o açıqlama olan çıxarışı təqdim edirəm: “Məhərrəm ayında toy edənlərin xoşbəxtliyi 99% sual altındadır. Əgər ailə saadətindən, xoşbəxtlikdən danışa bilmiriksə, uşaqların sağlamlığı da sual altında olacaq. Bir din xadimi olaraq bu mənim subyektiv fikrimdir.

İslam fəlsəfəsində bir məsələ qeyd olunur. Dünyada tam xoşbəxt və tam bədbəxt insan yoxdur. İnsanlar həyatda elə iş qurmalıdırlar ki, gələcəkdə ailələrinin, balalarının xoşbəxtliyini sual altında qoymasınlar” (konkret.az).

Hacı Surxayı yaxşı tanıyıram. Hələ 9 il əvvəl bir saytda din kateqoriyasında tez-tez yazılar yazır, müsahibə və reportajlar işləyirdim. O zaman Hacı Surxayla müsahibə və açıqlamalarımız az olmayıb. Mən bu şəxsi savadsız və qaragüruhçu biri də hesab etmirəm.

Amma Hacı Surxay 9 il əvvəlki adam da deyil. İndi onu tapmaq olmur. Ancaq istədiyi adama danışır, xüsusən də Zaur Bəxşəliyevin verilişlərində görərsiniz onu. Arvad ərinə xəyanət elədi, Hacı Surxay danışacaq. Ər arvadını döyüb əzişdirdi – yenə Hacı Surxay. Hardasa qayınana-gəlin söhbətləri... Mikrofonu Hacı Surxaya verin.

Hacı Surxay, Zaur Baxşəliyev Hacı Surxay, Zaur Baxşəliyev

Adam elə birdəfəlik özünə veriliş açsaydı, olardı əsl islahat. “Həkim Məsləhətxanası” var, onun verilişi də olardı “Axund məsləhətxanası”.

Kənardan baxan da deyir ki, maşallah, Hacı Surxay cəmiyyətə çıxır.

Amma danışdıqlarına baxırsan... Sanki publika üçün danışa-danışa, əvvəl oxuduqlarını da unudub.

“Taliban” da dəyişir, yavaş-yavaş inkişaf edir. Verilişlərdən vaxtınız qalsa, siz də dəyişin, hörmətli Hacı!

Heç olmasa, insanları elə maarifləndirin ki, İslamdan, dini adətlərdən soyutmayasınız... Hörmətlə.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
Son xəbərlər
Bütün xəbərlər »