Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Alman mediasından Əfqanıstana... Qarabağ xatırlatması
Alman mediasından Əfqanıstana... Qarabağ xatırlatması

“Əfqanıstan Avrasiya regionunda hökm etmək üçün böyük dövlətlərin mübarizəsində strateji əhəmiyyət kəsb edir” - deyə Berliner Zeitug yazır. Nəşrin şərhçisi Mixael Mayer, “Rusiya, Çin, Türkiyə: Əfqanıstanda kim qalib gələcək?” başlıqlı məqaləsində ötən bazar günü “Taliban” hərəkatının ölkədə hakimiyyəti ələ keçirməsindən və “xarici donorların qulluğunda dayanmış” hökumətin “rüsvayçı sonu gəldi”.

Bizimyol.info məlumat verir ki, Alman nəşri dərc etdiyi məqalədə bu hakimiyyət dəyişikliyini “Əfqanıstan üçün yeni başlanğıc” adlandırıb. Mixael Bayer yazır ki, bölgədə ABŞ, Qərb, Rusiya, Çin, Türkiyə rəqabətə qoşularaq, bu ölkədə öz maraqlarını təmin etməyə çalışırlar. Müəllif, Rusiya və Çin rəhbərliklərinin “Taliban”la kontaktlarında ziddiyyət axtararaq yazır ki, Moskva bu hərəkatı terror təşkilatı kimi tanıyıb və Rusiya Federasiyasında qadağan edib. Çin Kommunist Partiyası da həmişə radikal islamçı ideologiyalara, hərəkatlara qarşı əks mövqe sərgiləyib. Bunu Pekinin dinc uyğurlara qarşı, sadəcə müsəlman olduqlarına görə apardığı repressiv siyasət də sübut edir. Ancaq buna baxmayaraq, hər iki Avrasiya nəhəngi “Taliban”ın bu ölkələrin maraqlarına zidd addımlar atacağından narahatdırlar. Həm Rusiya, həm də Çin rəsmiləri hələ “Taliban” bütün ölkədə nəzarəti ələ keçirənə qədər, Lavrovun dediyi kimi “işgüzar kontakt” qurmağa tələsdilər. Türkiyə də bu rəqabətdə geri durmadı; Prezident Ərdoğan “Taliban” liderləri ilə görüşə biləcəyini belə istisna etmədi. Türkiyənin Əfqanıstanda şansını artıran faktorlar sırasında, “Taliban”a Pakistanın və Qətərin təsirinin böyük olması da var. “Taliban” məlum olduğu kimi, Pakistan İslam Respublikasındakı bazalarda formalaşıb. Pakistan liderləri Türkiyə rəsmilərinin “Taliban”la kontakt qurmasına kömək edəcəyini də demişdi. Bu bəyanatın ardınca “Taliban”ın sözçüsü Türkiyəni qardaş ölkə və müsəlman xalq adlandırdı və Ankara ilə münasibətlər quracaqlarını dedi.

Berliner Zeitung-dakı məqaləsində Mayer Rod-Aylenddəki ABŞ Hərbi-Dəniz Kollecindən ekspert Süzanna Levi-Sançesin fikirlərinə yer ayırıb. Əfqanıstana dair çoxillik araşdırmalar aparmış və bir neçə kitab yazmış Levi-Sançes Türkiyənin Əfqanıstandakı roluna toxunaraq yazır: “NATO-nun uğursuzluğunu Türkiyə öz maraqlarının uğuruna çevirməyə çalışır”. Onun yazdığına görə, Türk diplomatları yaxın zamanda Əfqanıstanda yeni hökumətlə danışıqlara başlamaq istəyirlər.

“Türkiyə Prezidenti Ərdoğan özünü bütün dünya müsəlmanlarının himayəçisi sayır” - deyə məqalədə deyilir.

Müəllif Türkiyənin Qarabağ müharibəsində Azərbaycana dəstəyini misal gətirərək Türk Silahlı Qüvvələrinin Əfqanıstanda da möhkəmlənəcəyinə eyham vurur. Məqalədə yazılır ki, “Türkiyənin yaxşı təchiz olunmuş ordusu Qarabağda ermənilərin ağır məğlubiyyətə uğradılmasına öz silahlı insansız hava aparatları ilə dəstək verib.

Bununla yanaşı, Alman nəşri “Taliban” Əfqanıstanının İran, Mərkəzi Asiya, eləcə də. Rusiya və Çin üçün təhlükə saçdığını da yazır. Burada hakimiyyət dəyişikliyindən sonra cihadçı qrupların və radikal islamçıların bütün dünyadan Əfqanıstana gələrək yerləşəcəyini iddia edən Mayer, “Taliban”ın hakimiyyətdə möhkəmləndikdən sonra Əfqanıstan sərhədindən çıxaraq genişlənməyə çalışağı ehtimalını irəli sürür.

Orxan, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »