Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məktəbdə savad və yüksək intellektinə görə bütün müəllimlərin sevimlisinə çevrilmişdi"
"Məktəbdə savad və yüksək intellektinə görə bütün müəllimlərin sevimlisinə çevrilmişdi"

İkinci Qarabağ müharibəsi 30 illik həsrətə son qoydu. Minlərlə hərbçinin qanı bahasına olsa da, torpaqlarımız işğaldan azad edildi. Bu dəfə torpaqların işğaldan azad edilməsi uğrunda canından keçən şəhid Firdovsi Tahirovu tanıyacağıq.

Firdovsi haqqında Bizimyol.info saytına qardaşı Həşim Tahirov danışıb:

“İkinci Qarabağ müharibəsi şəhidi Tahirov Firdovsi Balaxan oğlu, 18 fevral 1997 ci ildə Lerik rayonun Dico kəndində anadan olub. 2003 -cü ildə Dico kənd ibtidai məktəbin 1-ci sinifinə daxil olub. Kəndə 4-cü sinifə qədər oxuyub. Sonra 2008-ci ildə Namiq Hacıyev adına Tikəband kənd tam orta məktəbin 5-ci sinifinə daxil olub. Bizim kənddən məktəbə 6 km yol idi. Hər gün 6 km yol piyada gedib, gəlirdi. Qarda, yağışda heç nəyə baxmırdı. Bir gün belə dərsindən qalmırdı. Məktəbdə savad və yüksək intellektinə görə bütün müəllimlərin sevimlisinə çevrilmişdi. Evdə təsərrüfat işləri ilə məşğul olur, ataya kömək edirdi. Qış aylarında çox çətinliklər olurdu”.

Şəhid Firdovsi Tahirov

2015-ci ildə məktəbi yüksək nəticə ilə bitirən Firdovsi Azərbaycan pedoqoji universitetinə daxil olur:

“İmtahanda Tarix fənni üzrə 100% nəticə ilə 25 sualın hamısını doğru cavablandırmışdı. Heç bir repetitor yanına getmədən təkcə məktəbdə oxuyaraq, 520 bal topladı. Amma təəssüf ki, məktəbdə İngilis dili müəllimi olmadığı üçün ingilis dilindən suallarda çətinlik yaşamışdı. Səhvləri olduğu üçün Firdovsinin balı yenidən hesablandı və sonda 493 balı qaldı. İllik 1325 manat universitetə ödəniş etməli oldu”- deyə qardaşı danışır.

Universitetdə yaxşı oxuduğuna görə, 1-ci ili stependiya alsa da, sonradan işlədiyi üçün dərslərdən geri qalır. Bu stependiya kəsilir. Atası kasıb olduğu üçün oğlunun xərclərini qarşılamağa çətinlik çəkirdi. Həm də Fordovsinin qardaşı əsgərlikdə olduğu üçün daha çətin idi. Amma bütün bunlara baxmayaraq 2019-cu ildə universiteti bitirir:

“Amma dövlət imtahanını vermədi. Ərizə yazıb, təhsilini dondurdu. Düşünürdü ki, hərbi xidməti başa vurduqdan sonra yenidən 1 il oxuyub diplom alar. 2019-cu ilin iyul ayında hərbi xidmətə getdi. İlk xidməti Gəncədən başlandı. Gəncədə Xüsusi Təyinatlı Qüvvələrə seçim olarkən Firdovsi də könüllü qoşuldu”.

Firdovsi Tahirov həkim köməkçisi işləyirdi. Onun döyüş yolu 2020-ci ildə iyulun 12-də başlayan Tovuz döyüşlərindən başlayır. Könüllü olaraq Xüsusi Təyinatlılardan ibarət dəstədə Tovuzdakı döyüşlərdə iştirak edir.

Firdovsi Tahirov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Lerik rayonunun Dico kəndində dəfn olunub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda" medalı, "Cəsur döyüşçü" medalı ilə təltif edilib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Səfəvi səfillər
››› Paşinyan: “Regional kommunikasiyaların açılmasını son dərəcə vacib hesab edirəm”
››› Şarl Mişel "Şərq Tərəfdaşlığı" proqramının pozitiv təsirinin olduğu ölkələri açıqlayıb
››› DİN Bakıda məktəbin qarşısında baş verən insidentə münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »