Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peyvənd olunanlar olunmayanları yoluxdura bilər
Peyvənd olunanlar olunmayanları yoluxdura bilər

Ötən ilin bu vaxtları yəni avqustun 17- də virusa yoluxma sayı cəmi 124 nəfər, ölü sayı 2 nəfər, vaksinasiyadan keçən sayı 2 nəfər. Ümumilikdə yoluxub sağalanların sayı 32 min nəfərə bərabər idi.

Ötən ilin vaqust ayında SMS icazə sistemi ləğv olunmuş, sərt karantin tədbirləri də xeyli yumşaldılmışdı.

Ötən illə bu ilin 17 avqustunu müqayisə edirik. Yoluxma sayı 3322, ölüm sayı 18 nəfər. Ölkədə vurulan vaksinlərin ümumi sayı 5 866 215 təşkil edir. Təəsüf ki TƏBİB-in yaydığı məlumatda yoluxanlar arasında neçə nəfərin vaksin olunmasına dair məlumat yoxdur. Statistika var, amma həm alayarımçıqdır , həm də deyəsən həqiqətdən uzaq.

Yoluxanların sayı həqiqətən artıb. Buna şübhə yoxdur. Lakin süni şəkildə statisitika ilə o qədər oynadılar ki, yalançı çoban durumuna düşdülər. İndi düzünü desələr də inanan yoxdur. Ölkədə mötəbər tədbirlərin keçirdiyi günlərdə yoluxma sayında yox deyiləcək qədər kəskin azalma, tədbirlər bitincə artım.

5 milyon vaksinlənmə sayı ölkənin yarısı deməkdir. Təbii ki, təkrar yoluxma halları da var.Amma bu statistika da real görüntüyə oxşamır. Mən iki dəfə vaksinasiya üçün getsəm də peyvənd etdirmədən geri gəlməli oldum. Birində təzyiqm yüksək idi, o biri dəfə də öskürürdüm deyə başqa zamana təyin etdilər. Amma hər iki halda adımı dəftər kitaba, sistemə, hansısa bir siyahıya saldılar.Vaksin olanda da eyni ktab dəftəri açıb siyahıya saldılar, amma pasportumu da verdilər.

Doktor Qalib Əsədov hesab edir ki, bu xəstəlik və onunla mübarizəyə məmur yox, alim yanaşması tələb olunurdu. “Nə qədər ki, bu məslənin həllinə peşəkarlar, mütəxəssislər cəlb olunmayıb, nə qədər ki, insanları qorxutmaq tapşırılıb, nə qədər ki, elmi yanaşılmir hələ çox əziyyət çəkəcəyik”.

Dünyanın ən çox vaksinasiya etmiş ölkələrində BƏƏ, Portuqaliyada yoluxma və ölüm sayı günə 1500-2000 civarındadır.Vaksinasiya varsa axı azalma görülməliydi?!

Məlum məsələdir ki, hər hansı bir xəstəliyə qarşı vaksin vurduranda yüngülvari xəstələnirik. Çünki vurulan vaksin orqanizmə həmin xəstəliyin zəiflədilmiş hüceyrələrinin daxil edilməsi deməkdir. Yəqin qızılcaya qarşı vaksin vurulmuş uşaqların 3-4 gün sonra yüngülvari qızılca səpdiyini dəfələrlə müşahidə etmişiniz.Və ya digər xəstəliklər. Peyvəndlənən şəxs əgər peyvənd düzgün, dozasında vurulubsa yüngül xəstələnib, xəstəliyi ayaq üstə keçirməlidir. Bu gün koronavirusa qarşı vaksin edilən hər bir kəs bu xəstəliyin yüngül daşıyıcısına çevrilirsə, ətrafındakılar üçün yoluxma mənbəyi olmurmu? Məntiqlə olur. Koronavirusun ən qorxunc yanı onun inkubasiya dövründə də bulaşıcı, yoluxdurucu olması deyildimi? Vaksin olunub, yüngül xəstələnən şəxslər vaksin olmayanlar üçün yoluxdurucu rolunu oynamırmı?

Bizimyol.infonun bu sualını cavablandıran doktor Azər Mustafayev deyir ki, vaksinin tərkibinə yerləşdirilmiş virus çox zəiflədilir, demək olur ki, yarıölü vəziyyətə salınır.

“O virusun virulentliyi , kiməsə keçmə ehtimalı azdır. Amma yoluxdura bilər. Başqa yol yoxdur. Hamı vaksinasiya olunmalıdır. Yalançı kovid pasportu alanlar özlərini təhlükəyə açıq vəziyyətə salırlar”.

Görünən budur ki, daha effektiv əlac taplana qədər tək çarəmiz vaksin və ya vaksinlə yüngülvari yoluxmaqdır.

İlhamə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »