Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin "Taliban" hökumətini tanıyacağını bəyan edib
Çin "Taliban" hökumətini tanıyacağını bəyan edib

Çin hakimiyyəti radikal "Taliban" hərəkatı tərəfindən ölkəyə yeni hökumət qurulduqdan sonra Əfqanıstana kömək etmək niyyətindədir.

Bizimyol.info TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı dünən ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Çjao Lijian verilib.

"Əfqanıstanda sülhün bərpası üçün töhfəmizi verməyə davam edəcəyik və bu ölkəyə sosial-iqtisadi inkişafını stimullaşdırmaq üçün hər cür kömək göstərəcəyik", - deyən çinli diplomat Əfqanıstan əhalisinin sülhə can atdığını xatırladıb.

"Pekin ümid edir ki, bütün maraqlı tərəflər fikir ayrılıqlarını sülh yolu ilə həll edəcəklər. İndiki mərhələdə Əfqanıstanın sabitliyi bərpa etməsi lazımdır. Çin hər zaman əfqan xalqına qarşı dostluq siyasəti həyata keçirəcək", - deyə o bildirib.

Diplomat qeyd edib ki, Çinin Əfqanıstanla yeni diplomatik əlaqələr qurub -qurmayacağı barədə yalnız orada öz ölkəsinin maraqlarını kifayət qədər təmsil edən tolerant bir hökumət qurulduqdan sonra danışmaq mümkün olacaq: "Pekinin Əfqanıstan məsələsindəki mövqeyi aydın və birmənalıdır. Əfqanıstanda yeni hökumətin qurulmasını gözləyəcəyik və o höküməti tanıyacağıq".

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »