Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Intermittent Fasting"- Aralıqlı orucla sağlam həyata və kilo verməyə başlayın
"Intermittent Fasting"- Aralıqlı orucla sağlam həyata və kilo verməyə başlayın

Eynşteyn deyirdi ki, dəlilik eyni şeyləri eləyib fərqli nəticələr gözləməkdir. Kilo verməklə əlaqədar yəqin çoxlarınız dəfələrlə diyetə başlayıb sonra yarımçıq qoymusunuz. Çoxu ya nəticə verməyib, ya iradəsi çatmayıb, ya da alınan nəticə diyet başa çatan kimi əldən gedib. Verilən kilolar geri alınıb. Əslində sağlam qidalanma rejiminə başlamaq ən doğrusu olardı. Bu gün bütün dünyada "Intermittent Fasting" – aralıqlı oruc deyə bir sağlam qidalanma axını dəbə düşüb. Bəs aralıqlı oruc nədir, onunla kilo v ermək nə deməkdir. İlk olaraq onu söyləyək ki, ABŞ və Avropanın ən nüfuzlu universitetlərində dərs vermiş, ən nüfuzlu klinikalrında çalışmış doktor Yavuz Yörükoğlunun uzun illər apardığı tədqiatlar belə deməyə əsas verir ki, sağlıqlı qidalanmaq deməklə istədiyiniz qidadan( hətta şəkər və un məmulatlkarından belə) ölçülü miqdarda istifadə etmək olar.

Oelmi əsası olmayan az-az, sıx-sıx yeməyi sağlığa xəyanət adlandırır.

“Bunun başqa adı pisboğaz olmaqlıqdır, qarınqululuqdur. Keçmişdə insanlar 2 dəfə yaxşı yeyərdilər, hərkəti çox edərdilər. Yemək arası bir şey yemək ayıb sayılardı. Dünyanın bütün din və mədəniyyətlərində oruc termini var. Müəyyən bir müddətdə kalori almadan oruc tutarkən 14-cü saatdan sonra hüceyrələrdə otofaji – yəni hüceyrənin öz –özünü yeməsi prosesi başlayır. Hüceyrə daxilindəki lizozomlar təmiziliyə başlayır, köhnə yağları yaxır, yenilərini toplayılr, bu eyni zamnda gəncləşmə deməkdir. Bu şəkildə diyetlə insulin dirənçiazalır, mədəaltı vəz və qaraciyər dincəlir, şəkəri, aldığımız qidaları daha effektiv yandırır. Sanki avtomobilə super benxzin doldururuq”,- deyə doktor bildirir.

Aralıqlı oruc o deməkdir ki,24 saatlıq günün 8 saatında yemək imkanın var, yerdə qalan 16 saatı orqanizmə qidadan dincəlmək imkanı verilir. Bunu necə bölmək hər kəsin öz əlindədir. Tutaq ki, səhər yeməyini səhər 10-da yeyirsən, bir dəfə gün içində yüngül qidalanırsan və axşam 6-da yeməy yeyirsən . Ondan sonra istədiyin qədər çay, su içə bilərsən( şəkərsiz) Amma yemək olmaz. 6-dan sonra təxminən saat 11-də yatacağınızı düşünsəniz oruc saatınızın geri qalanı yuxuda keçəcək. Səhər 7-də yuxudan duran adamın 10-11-də səhər yeməyinə oturacağı o 3-4 saatlıq müddət otofaji yəni orqanizmin öz qalıqlarını təmizləməsi, yandırması üçün yetərli zamandır.

Yemək zamanı istədiyin qidadı istədiyin qədər yeyə bilərsən. Heç bir qramla, kalori hesablaması ilə məşğul olmağa ehtiyac qalmır. Bu orucla paralele olaraq yeriçək, yüngül gimnastika ilə məşğul olmaq da böyük effekt verir. Aralıqlı orucla bir aya 4-5 kilo çəki vermək mümkündür.

Aralıqlı oruc zamanı istədiyin qədər çay və su içdiyinə, istədiyini yediyinə görə özünü heç də diyetdə hiss etmirsən. Amma prosesi daha da sürətləndirib özünə kömək eləmək istəyirsənsə bu müddətə şirniyyatlardan, karbohidratlardan uzaq dursanız daha çox effekt əldə etmək olar.

Aralıqlı oruc zamanı meyvə və tərəvəz yeməyi unutmayın, vitamin əskikliyi yaşamayın.

Professor Yörükoğlu iddia edir ki, 30 gün ardıcıl aralqılı diyet rejiminə əməl etmək insan orqanizmini daxilən 10 il gəncləşdirir, enerjini artırır, şəkər və xolestorolun enməsinə, təzyiqin normallaşmasına səbəb olur.Aralıqlı oruc cinsi performansı yüksəldir, qəlb- damar xəstəlikləri riskini, qara ciyər piylənməsini tədricən azaldır.Bu insanı arıqlatmaqdan daha çox, sağlam yaşamağa xidmət edən bir həyat tərzidir.professor bildirir ki, əgər metobolizmanı sürətləndirmək və gəncləşməyin ən qısa yolu nədir sualına cavab axtarırsınızsa ac qalın, oruc tutun.

Öz üzərində sınamağa başlamış biri kimi deyə bilərəm. Çətinlik çəkmədən, özünü rahat hiss etməklə bu müddətə davam etmək olur. Çəki verməyə gəlincə 10 gün içində rekord göstərici olmasa da 2 kilodan azad olmaq mümkün olub. Amma ən əsası indi özümü daha enerjili, daha rahat hiss etməyə başlamışam.

İlhamə

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› MN: "Rusiya Müdafiə Nazirliyinin 2 erməni silahlısının yaralanması məlumatı təəssüf doğurur"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »