Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlahiyyatçı Elşad Miri "aşura şüarları" asanlara etiraz etdi - Fotolar
İlahiyyatçı Elşad Miri "aşura şüarları" asanlara etiraz etdi - Fotolar

Elşad Miri öz facebook hesabında paylaşım edərək, Aşura ilə əlaqədar olaraq yaşadığı evin yaxınlığında, dəmir borulardan asılmış şüarlara öz etirazını bildirib.

Bizimyol.info xəbər verir ki, o, paylaşımda qeyd edib ki, peyğəmbərə istinad edilən bu rəvayəti hədis kimi küçələrə asanların məqsədləri nədir bilinmir.

Aşura şüarı

“Həmin insanlar ömürlərində bircə dəfə İslamın yeganə mənbəyi olan Qurandan bircə ayəni bu cür asıblarmı? Əgər bu söz sonuncu peyğəmbərimizə aiddirsə, niyə Məhəmməd peyğəmbərin nəvələri arasında ayrı-seçkilik edib-etmədiyini sorğulamırıq? Allah harada deyib ki, Hüseyni sevəni Allah sevər?

Allah Quranda kimləri sevəcəyini və sevməyəcəyini açıq-aşkar bildirir:

Aşura şüarı

yaxşılıq edənləri (“Bəqərə” surəsi, 2/195; “Ali-İmran” surəsi, 3/134, 148), səhvindən qayıdanları, təmizlənənləri (“Bəqərə” surəsi, 2/222), məsuliyyətli olanları (“Ali-İmran” surəsi, 3/76), dözümlü olanları (“Ali- İmran” surəsi, 3/146), Özünə güvənib etibar edənləri (“Ali-İmran” surəsi, 3/159), ədalətli olanları (“Ali-İmran” surəsi, 5/42)”,- deyə paylaşımında bildirib.

Leyla

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Şeyxülislam İranın ali rəhbərinin nümayəndəsinə cavab verib
››› Bakı əhalisinin sayı açıqlanıb
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
Son xəbərlər
Bütün xəbərlər »