Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Talibandan təyyarədən yıxılan insanlarla bağlı açıqlama - “Məsuliyyət daşımırıq”
Talibandan təyyarədən yıxılan insanlarla bağlı açıqlama - “Məsuliyyət daşımırıq”

Talibanın sözçüsü Suhail Şahen İngiltərə Baş naziri Boris Conson və beynəlxalq ictimaiyyəti “əfqan xalqının istəklərinə hörmət etməyə” çağırıb.

“Qafqazinfo”nun məlumatına görə, Şahen bildirib ki, bu onların öhdəliyidir.

“Çünki 20 il ərzində Əfqanıstanın çökməsinin arxasında onlar vardı. Əfqanıstanın yenidən inşasına və insanların Əfqanıstanda yeni bir həyata və yeni bir səhifəyə başlamasına kömək etmək də onların əxlaqi öhdəliyidir.

Heç bir qrup və ya şəxsin terrorçu fəaliyyətlər təşkil etmək üçün Əfqanıstanın qüsurlarından istifadə etməsinə icazə verməyəcəyik”, - o deyib.

Şahen Kabil Hava Limanında təyyarədən yıxılan insanlarla bağlı görüntülərdən də danışıb:

“Taliban o hadisəyə görə məsuliyyət daşımır. İnsanlar Əfqanıstanı kasıb ölkə olduğu üçün tərk etmək istəyir”.

Paylaş »
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İlham Əliyev Anım Günü ilə bağlı paylaşım edib
››› “Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
››› Sabah hər kəs eyvanından bayraq assın...
››› Dünya böhrandan geri dönür: Yeni qaydalarla yola davam...
Son xəbərlər
Bütün xəbərlər »