Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DSX-nin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında əsasnaməsinə dəyişiklik edilib
DSX-nin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında əsasnaməsinə dəyişiklik edilib

"Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə"yə dəyişiklik edilib.

"Report"un xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqları və sərhəd hərbi dəniz bayraqları haqqında Əsasnamə”nin 2-ci hissəsinə “Çevik Hərəkət Qüvvələri,” sözlərindən sonra “Xüsusi Hava Əməliyyatları Qüvvələri,” sözləri əlavə edilib.

Bundan əlavə, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri” üzrə aşağıdakı bəndlər əlavə edilir:

5.3-1. Xüsusi Hava Əməliyyatları Qüvvələrinin döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Xüsusi Hava Əməliyyatları Qüvvələri”;”;

“5.6-1. Qubadlı Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qubadlı Əlahiddə Sərhəd Diviziyası”;

5.6-2. Qazax Əlahiddə sərhəd diviziyasının döyüş bayrağında – “Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları Qazax Əlahiddə Sərhəd Diviziyası”.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› İstanbul səmasında qəribə görüntü: Tesla, yoxsa Voldemort - Video
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »