Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığı 80 faizdən 20 faizə endirib”
Ərdoğan: “Türkiyə müdafiə sənayesi sahəsində xaricdən asılılığı 80 faizdən 20 faizə endirib”

“Keçmişində müstəmləkəçilik, qətliam, soyqırımı, işğal izi olmayan bir millət kimi dostlarımıza bütün səmimiyyətimizlə birgə mənfəət əldə etməyi təklif edirik. Bu təklifi Qafqazda, Balkanlarda, Orta Asiyada olduğu kimi Şimali Afrikada, Cənubi Asiyada, Güney Amerikada da irəli sürürük”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “İDEF 2021” 15-ci beynəlxalq müdafiə sənayesi sərgisində danışarkən bildirib.

R.T.Ərdoğan deyib ki, Türkiyə müdafiə sənayesi sahəsində əldə etdiyi hər bir imkanı dost ölkələrlə məmnuniyyətlə paylaşır: “Bu paylaşım bizim vazkeçilməzliyimizdir. Bir damla nefti bir damla qandan dəyərli görən düşüncə bizim dövlət və cəmiyyətimizdən uzaqdır. Biz sərhədlərimizdən minlərlə kilometr kənarlarda insanların başına bomba yağdıran ölkələrdən olmadıq, olmayacağıq”.

Prezident Ərdoğan Türkiyənin müdafiə sənayesində xaricdən asılılığın 80 faizdən, 20 faizə qədər endirildiyini deyib: “Müdafiə sənayesində bu günün ehtiyacını qarşılamaqla yanaşı, artıq gələcək üçün istehsal bazası yaradırıq. Müdafiə sənayesi sahəsində quru, hava və dəniz sahəsində iddialı layihələr hazırlayırıq. Pilotsuz uçuş aparatları hava vasitələri (PUA) quruda və dənizdə əldə etdiyimiz səviyyənin başındadır. PUA-ların istehsal və satışında Türkiyə dünyanın 3-4 ən yaxşı ölkələri sırasındadır”.(apa)

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
Son xəbərlər
Bütün xəbərlər »