Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlılar Ukraynaya az getməyə başlayıb
Azərbaycanlılar Ukraynaya az getməyə başlayıb

Azərbaycan vətəndaşlarının səyahət üçün ən çox üz tutduğu ölkələrdən biri Ukraynadır. Kiyevə, Lvova, Odessaya təyyarə reysləri həmişə populyar olub. Amma yeni statistika fərqli reallıq ortaya qoyub.

Bizimyol.info xəbər verir ki, azərbaycanlılar Ukraynaya az getməyə başlayıb. Postsovet ölkəsində ictimaiyyətə təqdim olunan statistika bundan xəbər verir. 2021-ci ilin ilk yarısında vətəndaşlarının Ukraynaya ən çox ayaq basmış dövlətlərin 10-luğunda Azərbaycanın adı gözə dəymir.

Siyahıya Moldova başçılıq edir. İlin ilk 6 ayı ərzində bu ölkənin 368 min 369 vətəndaşı Ukraynaya gedib. Mütəxəssislər Moldovanın siyahıda birinci yeri tutmasını təbii sayır. Çünki moldovalıların yayda Qara dənizə çox ehtiyacı var. Hətta paytaxt Kişinyovdan avtobusla bir neçə saata Odessa vilayətindəki çimərliklərə yetişmək olar. Buna görə moldovalılar yay aylarında Ukraynada dincəlmək imkanını heç vaxt əldən vermir.

Nə qədər təəccüblü görünsə də, siyahıda ikinci yeri Rusiya tutur. Qəribədir ki, ölkələr arasında ciddi problem rusların Ukraynaya səfərlərinə mane olmur. İlin ilk 6 ayı ərzində Rusiyanın 198 min 347 vətəndaşı qonşu ölkəyə yollanıb.

2021-ci ilin birinci yarısında Ukraynaya Rumıniyadan 109 min 438, Belarusdan 96 min 339, Türkiyədən 93 min 169, Polşadan 77 min 519, Macarıstandan 75 min 923, Almaniyadan 39 min 604, ABŞ-dan 34 min 114, İsraildən 26 min 665 turist yollanıb.

Təəssüf ki, rəsmi açıqlamada yalnız ilk 10-luq barədə məlumat verilib. Yəni neçə azərbaycanlının bu il Ukraynaya üz tutması haqda danışılmır. Amma aydın məsələdir ki, səfərlər xeyli azalıb. Çünki hər il 100 mindən çox Azərbaycan vətəndaşı Ukraynaya istirahətə gedərdi. Məsələn, 2016-cı ildə belə azərbaycanlıların sayı 106 mindən çox olub.

Səfərlərin azalmasının əsas səbəbi qlobal böhrandır. Qiymətlər xeyli yüksəlib. Xüsusilə AZAL-ın inhisar siyasəti onsuz da sosial qayğılarla mübarizə aparan ölkə vətəndaşlarını xarici səfərləri ertələmək məcburiyyətində qoyub. Təkcə Ukraynaya yox, ənənəvi marşrutların baş tutduğu ölkələrin hamısında azərbaycanlılar daha az görünməyə başlayıb.

Bizimyol.info

Paylaş »
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »