Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşğal altında olan torpaqlarımızı talan edən ölkələr - Siyahı
İşğal altında olan torpaqlarımızı talan edən ölkələr - Siyahı

Prezident İlham Əliyev avqustun 16-da Kəlbəcərə və Laçın rayonlarına səfər edib.

Bizimyol.info xəbər verir ki, həmin səfər zaman bir sıra mühüm bəyanatlar səsləndirib. Həmin bəyanatlardan biri də 30 illik işğal dövründə Azərbaycanın sərvətlərini talamış xarici şirkətlərlə bağlı olub. İlham Əliyev bildirib ki, bu şirkətlərin iki yolu var. Ya təzminat ödəyəcəklər, ya da beynəlxalq məhkəməyə veriləcəklər.

İlham Əliyev Prezident İlham Əliyev Kəlbəcərdə dövlət bayrağını ucaldıb

İşğal altında olan torpaqlarımızda hansı ölkələrin şirkətlərinin sərvətlərimizi qanunsuzcasına istismar etdiyi barədə qısa bir araşdırma aparmaq qərarına gəldik və məlum oldu ki, bu ölkələr arasında daha çox İran, Rusiya, ABŞ, İsveçrə, Böyük Britaniya, Fransa, Almaniya, Hollandiya dövlətlərinin şirkətləri yer alıb. Ümumilikdə isə 20-dən artıq ölkənin şirkəti Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyət göstərib. 2018-ci ilin məlumatına görə, qondarma respublikaya 10 il ərzində 470 mln dollar məbləğində xarici investisiya qoyulub.

Araşdırmalara görə, Haik Watch and Jewelry Co”, “Rodino Haskovo” JIC, “Centro Ceibal”, “Deccan Gold Mines Ltd”, “Cosmote Romanian Mobile Telecommunications S.A”, “Grand Thronton”, “Aurubis”, “GS Motors”, “FLSmidth”, “Tashir Group”, “Franck Muller Group” Qarabağda qanunsuz iqtisadi fəaliyyətlə məşğul olan şirkətlərin bir qismidir.

Onuda qeyd edək ki, Qarabağda ən çox talan edilən təbii sərvətlərimiz qızıl ehtiyatlarımız və meşələrimizdir.

Ölkə Prezidenti İlham Əliyev orada qanunsuz fəaliyyət göstərən şirkətlətə çağırış edib ki, öz xoşları ilə gətirib vurduqları ziyanı Azərbaycan dövlətinə ödəsinlər. Əks təqdirdə beynəlxalq hüquqa uyğun şəkildə onlar buna məcbur ediləcəkləe və üstəlik, imicləri də ağır zərbə alacaq. Müxtəlif şirkətlərin qanunsuz olaraq Azərbaycan ərazilərində əldə etdikləri gəlirlərin məbləği də müəyyən edilib və onların məsuliyyətə cəlb edilməsi üçün bütün lazımi dəlil-sübutlar da var.

Leyla Mirzə

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› Çörəyin bahalaşmasının qabağı indilik alındı, bəs sonra?
Son xəbərlər
Bütün xəbərlər »