Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qırışlarla mübarizədə faydalı bir çox qida məhsulları var"
"Qırışlarla mübarizədə faydalı bir çox qida məhsulları var"

Qidalanma və dərinin qırışması arasında böyük bir əlaqə var. Dərisinin hər zaman gözəl qalmasını istəyənlər şəkər istifadəsini azaltmalıdır. Çünki şəkər molekulları kollagen liflərlə birləşərək onları sərtləşdirir. Bu vəziyyət isə elastikliyin itməsinə və qırışların yaranmasına səbəb olur. Qırışların qarşısını almaq üçün təzə meyvə tərəvəzlə qidalanmaq lazımdır.

Dietoloq Aynurə Məhərrəmova Bizimyol.info saytına açıqlamasında bildirib ki, gözəl dəriyə sahib olmaq üçün gündə 2-3 litr su içmək lazımdır.

"Qırışlarla mübarizədə faydalı bir çox qida məhsulları var. Yəni bu məhsullardan istifadə edərək dərinizi gözəl saxlaya bilərsiniz:

  • İspanağın tərkibində olan B vitamini selülitin qarşısını alır.
  • Yaşıl çay da qırışların qarşısını alır. Tərkibində sərbəst radikallara qarşı önəmli hüceyrə qoruyucu maddələr olduğu üçün yaşlılığın qaşısını birbaşa hüceyrələrdə alır.
  • Su, qidaların hüceyrələrə daşınmasını və zərərli maddələrin hüceyrəlrədən çıxışını təmin edir.
  • Sarımsaq, qan dövranını hərəkətə gətirir və dərini təmizləyir. Güclü bir antioksidantdır. Bu səbəbdən də dərisinin gənc qalmasını istəyənlər gündə 2 diş sarımsaq yeməlidir.
  • Zeytunyağının soyuq preslənmiş halı, sağlam həyat üçün əhəmiyyətlidir. Zeytun yağı erkən qocalma və qırışıqlıqların qarşısını alır.
  • Yumurta da dəri üçün əhəmiyyətli olan qidadır. Tərkibində niasin maddəsi olduğu üçün hüceyrə yenilənməsində böyük rol oynayır.
  • Razyana, kalsiumla zəngin olduğu üçün dəridə su toplanmasına yardım edir. Və hüceyrələrin yenilənməsində böyük faydası var.
  • Avokado, E vitamini ilə zəngindir. Buna görə də sərbəst radikallara qarşı antioksidant təsiri göstərir.
  • Şəkər və insülin dərini qocaldır. Alma, qan şəkərini tənzimlədiyi üçün insülinin ani qalxıb-düşməsinin qarşısını alır.

Dietoloq qeyd edir ki, sağlam qidalanma ilə gözəl saçlara, gözəl dəriyə, gözəl bədənə sahib olmaqla yanaşı ömrü də uzatmaq mümkündür.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
››› İnsanlar beynini qida ilə sıradan çıxarır
››› Pandemiya ilə bağlı vəziyyət daha da ağırlaşır
››› Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
››› “30 ildir yaşadığım evin mülkiyyət sənədini almağıma imkan vermirlər”
Son xəbərlər
Bütün xəbərlər »