Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əfqanıstanda iştirak bizim üçün böyük geosiyasi qazanc demək olacaq”
“Əfqanıstanda iştirak bizim üçün böyük geosiyasi qazanc demək olacaq”

Avqustun 16-da dövlət başçısı İlham Əliyev və xanımı Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər edərək bir sıra obyektlərin təməlqoyma mərasimində iştirak ediblər.Prezidentin Kəlbəcrdəki çıxışında “Qarabağ Azərbaycandır!”, “Şərqi Zəngəzur Azərbaycandır!” ifadələrini işlətməsini yəqin ki, düşmən tərəf də mütləq izləyib.

Politoloq Əhməd Əlili bizimyol.info-ya verdiyi açıqlamda bildirdi ki, dövlət başçısının bu ifadəni işlətməsi təsadüfi deyil, balanslı bir siyasətin nəticəsidir.

Əhməd Əlili Əhməd Əlili

“Prezidentin Kəlbəcər və Laçın səfərləri ermənilərin sərhəddəki təxribatlarının davam etdiyi bir müddətlə üst-üstə düşdü. Ermənistan təxribatları qaynar fazada saxlamaqla bura rəsmi şəxslərin. Diplomatların gəlişinin qarşısını almaq istəyir.Prezident isə göstərdi ki, Bura onun vətənidir, o, öz ərazisindədir, istədiyi an gedib gələcək. Burda təhlükəsizlik təmin edilib. Prezidentin bu səfəri ərazinin təhlükəsizliyinin bizim tərəfimizdən təmin edildiyini deməklə yanaşı, Azərbaycan əsgərinə də güc verir, inam verir. Ermənilər nə qədər çalışsalar da, Prezidentin bu səfəri böyük media oyununu pozaq demək idi, burda biz varıq, təhlükəsizliyi biz təmin edirik demək idi.

Şərqi Zəngəzur məsələsinə gəlincə, Azərbaycan bir neçə məsələdə balans yaratmağa çalışır. Regionun xəritəsini 23-cü ildən öncəki dövrə qaytarmaq istəyir. O bildirir ki, Qarabağa 1923-cü ildə status verilibsə, niyə Ermənistan daxilində, azərbaycanlıların sıx yaşadığı Zəngəzura status verilməyib. Dövlət başçısı bu məqamları yada salır, deyir ki ermənilər Qarabağa iddiaçı olsalar, biz də avtomatik olaraq Zəngəzurla bağlı məsələ qaldıracağıq”.

Şərqi Zəngəzurdan keçəcək və bütün türk dünyasını, şərqlə qərbi birləşdirən bir yol siyasi şərhçilərin fikrinə görə, Əfqanıstanı da ehtiva edir. Bu mənada Əfqanıstanla münasibətləri gözardı etmək olmaz.

Taliban sözçüsü Suhail Şahin bildirib kİ. “Türkiyə bizim üçün qardaş ölkədir. İslam ölkəsidir, Türkiyə qüvvələrinin Əfqanıstanda olmasını müsbət qiymətləndiririk. Türkiyə ilə çox yaxşı münasibətlər qurmağı hədəfləyirik. Hər hansı bir maddi yardım və ya əməkdaşlıq üçün Türkiyə ilə bir arada olmaq istəyirik”.

Şərq-Qərb oxu üzərində Türkiyədən başlayıb Pakistana qədər gedən yola Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Əfqanıstan və Pakistan daxildir. Ekspertlər bildirilər ki, Türkiyə - Azərbaycan - Əfqanistan – Pakistandan ibarət bir ittifaq təşəkkül tapacaq.

“Əfqanıstanda hərbi kontingenti olan Azərbaycan üçün Talibanla münasibətlər nə vəd edir?” sualımıza isə politoloq belə cavab verdi:

“Azərbaycanın məhdud hərbi kontingenti Əfqanıstanda türk qoşunlarının tərkibində xidmət çəkir və söhbət iştirakın genişləndirilməsindən gedə bilər. Son vaxtlar birgə təlimlər və treninqlərdən ibarət Azərbaycan-Pakistan hərbi əməkdaşlığı genişlənib. Əfqanıstanla bağlı fəaliyyətimiz çox önəmılidir. Məsələ bundadır ki, xarici siyasətimiz çox sürətlə transformasiya edir. Hərbiçilərimiz Əfqanstanda Türkiyə qoşunları ilə birlikdə xüsusi missiyadadır. Bunu hamı görür. Supergüclərin belə davam gətirə bilmədiyi bir ölkədə Azərbaycan və Türkiyə alyansının Talibanla müəyyən şərtlər daxilində danışıqlar apararaq iştirakı təmin edilə bilərlərsə, bu mühüm addım olacaq. Bu danışıqlarda Pakistan sözsüz ki, rol oynayacaq. İndiki vəziyyət Pakistan, Türkiyə, Azərbaycan alyansının güclü və effektiv olduğunu göstərir. Əgər orda Azərbaycan və Türkiyə iştirak payı əldə edə bilərsə bu Mərkəzi Asiya ölkələrinin, türkdilli dövlətlərin təhlükəsizliyini təmin etmək deməkdir. Türkdilli ölkələrin təhlükəsizliyinin təmin edilməsi isə o deməkdir ki, kənar güclərə ehtiyac yoxdur, Türkiyə- Azərbaycan regionda qaynaqlanan bütün təhlükələri neytrallaşdıra biləcəklər. Bu bizim üçün böyük bir geosiyasi dəyişiklik və qazanc demək olardı”.

İlhamə

Paylaş »
››› Daha bir türkdilli dövlətdə ruslarla bağlı qalmaqal
››› Kənd sakinləri 5G-dən qorxub mobil ötürücü qülləni uçurublar
››› Terror aktına görə danlanan idarə rəisi özünü öldürdü
››› Rusiyanın Qarabağdakı sülhməramlılarının komandanı yenə dəyişib
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
Son xəbərlər
Bütün xəbərlər »