Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünyada baş verən hadisələr qiyamət gününün əlamətləridirmi? – İlahiyyatçıdan açıqlama
Dünyada baş verən hadisələr qiyamət gününün əlamətləridirmi? – İlahiyyatçıdan açıqlama

Son illərdə dünyanı cənginə alan virusların yayılması, ölkələrdə dəhşətli meşə yanğınlarının, sellərin və müxtəlif təbii fəlakətlərin başlaması, zalımların məzlum insanlara etdiyi zülümlərin pik həddə çatması insanları qorxuya salıb və onlar düşünürlər ki, artıq qiyamət günü, dünyanın sonu yaxınlaşıb.

Son iki ilə nəzər salsaq görərik ki, həqiqətən də baş verən hadisələr heç bir izaha sığmayacaq formadadır. Hər gün sabah düzələcək ümidi ilə yaşasaq da, səhər üzümüzə yeni “surpriz”lərlə açılır. Az qala səhərlərin açılmasından qorxacaq hala gəlmişik.

Hətta dünyanın müxtəlif yerlərində qiyamət gününə hazırlıq planları da hazırlanıb. Dünyanın ən varlı insanları vəsaitlər ayırırlar ki, həmin gün gəldikdə pulları hesabına qurduqları bunkerlər sayəsində canlarını ölümdən qurtara bilsinlər.

Maraqlıdır, görəsən din bu barədə nə deyir? Qiyamət gününün əlamətləri nələrdir? Hazırda qiyamət gününün əlamətlərinin hamısı görünürmü?

Türkiyədə meşə yanğınları Türkiyədə meşə yanğınları

İlahiyyatçı Ağa Hacıbəyli Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, qiyamət günü, kainatın qiyaməti günü hesab edilir

“Bu möhtəşəm kainat sarayı bir gün sona çatacaq. Bunu bütün qaynaqlar da isbat edir. “Qurani-Kərim”də qiyamətlə bağlı olan surələrin və ayələrin motivinə baxdıqda, peyğəmbərimiz qiyamətə aid olan dəyərləndirmələrini incələdiyimiz zaman bir çox xüsuslarla qarşılaşmış oluruq. Ona görə də insanlar həmin qaynaqlara baş vurduğu zaman sanki qiyamət günü sabah qopacaqmış kimi hadisələri müşahidə edirlər.

Bu günkü kimi bir çox təbii hadisələrin qabarması, sellərin şəhərləri yuyub aparması, yanğınların meşələri yandırıb, yox etməsi, zalım qüvvələrin məzlum insanların qanını axıtması, güclünün gücsüzə qarşı haqsızlığı və bir çox qiyamətin böyük və kiçik əlamətləri deyilən hadisələri araşdırdığımız zaman görürük ki, çox əlamətlər artıq gerçəkləşib. Məsələn, deyilir ki, bir gün gələcək ki, insan abır, həya, ismət duyğularını o qədər istismar edəcəklər ki, geyimlərindən, keçimlərindən həya etməyəcəklər. Peyğəmbərimiz deyir ki, bu qarşındakı insana ən böyük hörmətsizlikdir.

Buna görə də hazırda insanların zehnində odur ki, qiyamət qopacaq. Peyğəmbərimiz buyurub ki, siz dünyəvi gördüyünüz işi elə görün ki, sanki bu iş əbədi olaraq qalacaq, amma idabətlərinizi, itaətlərinizi, namazınızı elə qılın ki, sanki ən son namazınız, ibadətinizdir. Buna görə də, insanlara bir şeyi anlatmaq lazımdır ki, əziz qardaşım, bacım qiyamət bu gün, sabah və ya birisi gün qopacaq bilmirik, amma bu onsuzda olacaq. Əsas olan odur ki, sən qiyamətə nə aparırsan? Bu həyatda hansı izlərin qalacaq? Sən bu gün hansı xeyirxah işləri görürsən?

Allah Rəsulu deyir ki, görsəniz ki, ulduzlar tökülür, səma doğranıb sıradan çıxır, kainat sökülüb, tökülür, amma əlinizdə bir ağacınız varsa, onu əkin.

Allah insana təxmini 70-80 illik ömür biçib. Əslində insanın qiyaməti elə onun ölüm günüdür. Bu kiçik qiyamətimiz sayılır. Bir də var böyük qiyamət. Onun isə haça olacağını heç kim bilə bilməz. Yalnız Allah kainata dur dediyi zaman duracaq.

İnsanlar haqqa yelkən açıb bir-birinə dəstək verməlidir. Bizim vəzifəmiz quruculuq işləri, Allaha olan bağlılığımız, axirətə olan etiqadımızdır. Bütün bu yönləri ilə xeyirxah, saleh bir insan olmağa çalışmalıyıq”,-deyə ilahiyyatçı bildirib.

Leyla Mirzə

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »