Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dırnaqlarda ağ ləkələr sağlamlığınız haqqında xəbərdarlıq ola bilər"
"Dırnaqlarda ağ ləkələr sağlamlığınız haqqında xəbərdarlıq ola bilər"

Sağlam dırnaqlar, sağlam orqanzimin xəbərçisidir. Qidalanmanın normal olmaması və stress dırnaqlara da öz mənfi təsirini göstərir.

Dırnaqlarda ağ ləkələr hamıda müşahidə edilə bilər. Bu ləkənin forması, böyüklüyü önəmli olub olmamasını ifadə edir. Dermatoloq Elçin Əliyev dırnaqlara düşəm ağ ləkələrin səbəblərini açıqlayıb. Onun sözlərinə görə, dırnaqların sağlamlığı, gözəlliyi zamanla yox ola bilər. Qidalanmanın pozulması, stress və bir çox səbəblər dırnaqların sıradan çıxmasına səbəb ola bilər.

"Dırnaqlarda müşahidə edilən ağ ləkələr sağlamlığınız haqqında xəbərdarlıq ola bilər. Ləkələr adətən boyama, teskstil, manikür və kolorsist işlərində çalışan xanımlarda müşahidə edilir. Dırnaqlarda ağ ləkələrin əsas səbəbi əllərə mütəmadi olaraq təsir edən kimyəvi maddələr ola bilər. Kimyəvi maddələr təkcə dırnaqlara deyil, dəriyə də təsir edir. Bu problemlə qarşılaşmaq istəmirsinizsə, iş görərkən əlcəkdən istifadə edin. Dırnaq boyalarınızı qliserinli təmizləyicilərlə təmizləyin. Unutmayın ki, dırnqlarınıza çəkdiyiniz boya da, dırnaqlarda ağ ləkələrə səbəb ola bilər. Əgər dırnaqlarınıza boya çəkirsinizsə, uzun müddət saxlamamağa çalışın."

Mütəxəssis bildirir ki, ayaq dırnaqlarınızın üzərində olan ağ ləkələr göbələk xəstəliyinin başlanğıcı ola bilər. Bəzi dəri xəstəliklərində də dırnaqlara ağ ləkələr düşə bilər. Əgər dırnaqlarınızdakı ləkələr narahat edici həddə çatıbsa həkimə müraciət etmək tövsiyyə edilir.

"Dırnaqlarda olan ağ ləkələr uzun ağ dalğalanmalar formasındadırsa və bir neçə barmağınızda yaranıbsa, protein və ya başqa qida çatışmazlığı və ya böyrək, qaraciyər problemindən qaynaqlana bilər. Qısa ağ ləkələr isə, zədələnmə nəticəsində meydana gələ bilər. Bu ləkələr bir müddət sonra keçir. Dırnaqlarda meydana gələn ağ ləkələr dırnaq kökündən ucuna qədər yayılıbsa, sink, selen, kalsium, maqnezium, kalsium, manqan çatışmazlığı ola bilər. Buna görə də, qan analizi vermək tövsiyyə edilir."

Həkim bildirir ki, bu ləkələrin yaranmasının digər səbəbləri tiroid hormonlarının pozulması, qan azlığı, keratin çatışmazlığı və bəzi dərmanların əks təsirləri ola bilər.

"Dırnaqlarda olan ləkələr uzun müddət qalırsa, ciddiyə almaq lazımdır. Dermatoloqa müraciət edərək, müayinə və labaratoriya araşdırmaları aparılmalı, müalicə edilməlidir"- deyə həkim qeyd edib.

İlahin, Bizimyol.info

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
Son xəbərlər
Bütün xəbərlər »