Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Reuters”: “Türkiyə Kabil aeroportuna nəzarətdən imtina edir”
“Reuters”: “Türkiyə Kabil aeroportuna nəzarətdən imtina edir”

Türkiyə Kabil aeroportunun idarəçiliyini üzərinə götürmək niyyətindən imtina edib, amma “Taliban”a əgər müvafiq sorğu daxil olarsa, texniki təminat və təhlükəsizliyin təmin olunmasında kömək göstərməyə hazırdır.

virtualaz.org xəbər verir ki, bu haqda “Reuters” ötən gecə Türkiyənin təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən bildirib.

“Əgər “Taliban” xahiş edərsə Türkiyə aeroportun təhlükəsizliyinin təmin edilməsində kömək göstərməyə hazırdır”,-mənbə deyib. Onun sözlərinə görə, hazırda hökm sürən “tam xaos” şəraitində Türkiyə hərbçilərinin aeroportun idarə edilməsi prosesini üzərlərinə götürməsi prosesi avtomatik olaraq dayanıb.

Xatırladaq ki, Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsində Türkiyə hərbçiləri ilə yanaşı Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti də iştirak edir.

Hələlik Türkiyə tərəfi Kabil aeroportuna nəzarət məsələsində öz qərarını rəsmən elan etməyib. Bununla belə ötən gün axşam müdafiə naziri Hulusi Akar Kabil aeroportu ətrafında yaranmış vəziyyət və Əfqanıstandakı Türkiyə kontingenti ilə bağlı xüsusi müşavirə keçirib. Baş qərargah rəisi, ordu generalı Yaşar Güler və Hərbi Hava qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün də iştirak etdiyi toplantıya Əfqanıstandakı Türkiyə kontingentinin komandanı da videokonfrans yolu ilə qatılıb.

Xatırladaq ki, ABŞ Əfqanıstandan öz qoşunlarını çıxarmağa başlayanda Kabil aeroportunun təhlükəsizliyinin təmin edilməsini Türkiyəyə təklif etmişdi. Prezident Ərdoğan bu təklifə müsbət yanaşmışdı və bildirmişdi ki, ABŞ maliyyə dəstəyi versə Türkiyə Kabilə əlavə kontingent yerləşdirməyə və aeroporta nəzarəti üzərinə götürməyə hazırdır.

Paylaş »
››› Daha bir Türksoylu dövlətdə ruslarla bağlı qalmaqal
››› Kosobokovun geri çağırılmaq səbəbi aydın oldu
››› Universitetdə 4 nəfəri öldürənin müalicəsinə hər gün 2 milyon xərclənir
››› Nazirlikdən xəbərdarlıq: Güclü leysan olacaq, dolu düşəcək
››› Ən bahalı iPhone-ların qüsurları aşkarlanıb
››› Çin ABŞ-ı atom bombasıyla hədələyir
››› “Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
Son xəbərlər
Bütün xəbərlər »