Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusca danışan qızı vurmuş qırğıza Rusiyaya 10 il giriş qadağası qoyulub - Video
Rusca danışan qızı vurmuş qırğıza Rusiyaya 10 il giriş qadağası qoyulub - Video

Son vaxtlar türkdilli dövlətlərdə rusca danışanlara dözümsüz yanaşmağa başlayıblar. Qırğzıstanda ticarət-əyləncə mərkəzinin əməkdaşının rusca danışması müştərini özündən çıxarmışdı. Müştəri onu vurmuşdu. Qazaxıstanda dil haqqında qanunun qəbulu da buna bənzər hadisələrlə müşayiət olunur. Türkdilli ölkədə rusların aşağılanması yeni dalğanın tərkib hissəsinə çevrilib. Onlarda dövlət idarələrində yalnız qazaxca danışmaq tələb olunur. Əks halda fiziki təzyiq qaçılmazdır.

Bizimyol.info xəbər verir ki, ölkəsində rusca danışan qızı vurmuş qırğıza Rusiyaya 10 il giriş qadağası qoyulub. Əli Alimbayev növbəti onillikdə şimal dövlətinə gedə bilməyəcək. Rusiya Xarici İşlər Nazirliyi bununla bağlı məlumat yayılıb. Məlumatda Qırğızıstan vətəndaşı rusofobiyada ittiham olunub.

Rusiya saytlarının yazdığına görə, təklif Dumanın spikeri Vyaçeslav Volodindən gəlib. O, belə hərəkətlərə qarşı sərt reaksiya verməyin vacibliyini qeyd edib. Bundan sonra Alimbayevə qadağa qərarı verilib. Rusiya saytları Qırğızıstan vətəndaşının ölkəsində hələ də cəzalanmamasından gileylənir.

Hadisə avqustun əvvəllərində baş vermişdi. 29 yaşlı müştəri ticarət-əyləncə mərkəzində qadın əməkdaşın kobudluğu ilə üzləşmişdi. Üstəlik, kobudluğun rusca edilməsi Alimbayevi özündən çıxarmışdı. Yayılan videoda görünür ki, müştəri mərkəzin əməkdaşlı ilə bir neçə saniyəlik söhbətdən sonra tamamilə təbdən çıxır. O, əlinə keçən kalkulyatoru qızın başına vurur. Yaxınlıqdakı digər əməkdaş Alimbayevi sakitləşdirməyə çalışır.

Hadisə baş verəndən sonra Qırğızıstanda müştərini çox qınamamışdılar. Çünki ölkədə xüsusilə dövlət orqanlarında rusca danışılmasına daha dözümlü yanaşmaq istəmirlər.

Qazaxıstanda yeni dalğanın qurbanına çevrilən ruslar xeyli sərt münasibətlə üzləşir. Onlara kütləvi hücumlar edilir. Yayılan videolarda təqaüdçü ruslar qazax xalqından üzr istəməyə məcbur olunur. Slavyan xalqının nümayəndələrindən birinin Aktau şəhərini rusların yaratdığını deməsi məsələnin xarakterini bir az da dəyişdirmişdi. Yeni dalğanın fəalları daha da aqressivləşmişdi. Fəallar həmin qadını taparaq kobud ifadələrlə təhqir etmiş, sonra üzr istəmək məcburiyyətində qoymuşdular.

Bizimyol.info

Paylaş »
››› Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
››› "Putinlə Ərdoğan heç vaxt sadəcə, əl sıxmaq üçün görüşmürlər"
››› “ABŞ Ermənistanı Əfqanıstanın gününə salacaq”
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “İcra başçısı 5000 manata bələdiyyə torpaqlarını satır”
››› Azərbaycanda təhsil müəssisəsində növbəli iş rejimi tələbi ləğv edilib
››› Sabiq deputat vəfat edib
Son xəbərlər
Bütün xəbərlər »