Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın qulağının dibində hərbi hava limanı tikilir – Prezidentdən düşmənə 4 mesaj
Ermənistanın qulağının dibində hərbi hava limanı tikilir – Prezidentdən düşmənə 4 mesaj

Xəbər verdiyimiz kimi, avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar. Səfər çərçivəsində Prezident Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoyub.

Ermənistanın sərhəddə atəşkəsi aktiv şəkildə pozduğu, Rusiya sülhməramlıların öz səlahiyyətlərini aşaraq pozuculuq etdiyi və bunun cəmiyyətimiz tərəfindən kəskin narazılıqla qarşılandığı bir dövrdə, üstəlik, İran və Rusiyaya yönəlik sərt və açıq mesajlar verdikdən sonra Prezident İlham Əliyevin Kəlbəcər və Laçına səfəri sözsüz ki, bir sıra önəmli mesajlar daşıyırdı. Siyasi şərhçi Əziz Əlibəyli bizimyol.info-ya bildirib ki, Prezident bu səfərlə əslində 4 mesaj vermiş oldu:

Əziz Əlibəyli Əziz Əlibəyli

“Birinci mesaj onunla əladardır ki, müharibə başa çatsa da, o bölgələrdə lokal toqquşmalar davam edir. Prezidentin ora səfər etməsi birinci o mesajı verir ki, bura bizim torpaqlardır. Kimsə təcavüz məqəsədilə göz dikəcəksə, ciddi cəzalandırılacaq.

İkinci mesaj budur ki, biz dövlət başçısının və xanımın səfəri ilə əmin olduq ki, işğaldan azad edildikdən sonra həmin ərazilərdə yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülüb.

Son günlər cəbhə xəttində, Xankəndidə yaşayan separatçılar tərəfindən Şuşa istiqamətində atəşkəsin pozulmasının şahidi oluruq. Üçüncü önəmli mesaj budur ki, proses Qarabağ ərazisindən Ermənistan sərhədinə daşınıb. Şərqi Zəngəzur rayonun yaradılmasında məqsəd bu idi. Prezident dəmir yolunun yerində olduğunu qeyd etdi və göstərdi. Bu səfər sərhədlərin bölünməsi, delimiatsiya, demarkasiya prosesi sülh yolu ilə alınmazsa, bunu hərbi yolla həll edəcəyimizə də işarə idi.

Daha bir önəmli məsələ paralel şəkildə haqqında şaiyələr yayılan Laçınla bağlıdır. Laçından 3 il müddətində alternativ yol çəkilməlidir və o yol Şuşanın yaxınlığından keçməməlidir. Laçına səfər 3 il sonrakı proseslərə hazırlaşmanın vacibliyini göstərdi. Kəlbəcər yolunun çəkilişi tamam başqa məqsəd daşıyır. Bu yolda hərəkət Azərbaycan və Ermənistan sakinlərinin üz-üzə gəlməməsini hədəfləyir. Laçında çəkiləcək yolun isə əhəmiyyəti bir başqadır. Orada tikiləcək Laçın hava limanı Füzuli və Zəngilanda tikiləcək hava limanlarından sonra üçüncüsü və ən əhəmiyyətlisi olacaq. Çünki bu aeroprt xüsusi daşımalr üçün nəzərdə tutulur və beynəlxalq əhəmiyyət daşıyacaq. Azərbaycan və Türkiyənin bölgəyə yönəlik hədəflərini reallaşdırmaq üçün üzü Əfqanıstana qədər uçuşlar həyata keçiriləcək. Çox böyük hədəflər nəzərdə tutulur. Ermənistanın qulağının dibində belə bir hava limanının tikilməsinin hərbi məqsədləri də var. Yəni düşmən hərbi aqressiya törədəcəyi təqdirdə operativ şəkildə hərbi hava qüvvələrimiz tərəfindən cəzalandırılacaq”.

İlhamə

Paylaş »
››› İki oğlu şəhid olan ananın şikayətinə cavab gəldi
››› "Region dünyanın barıt çəlləyinə çevrilib, partlayış bir qığılcıma bənddir"
››› “Yardımlının axundunu rayonda tapmaq olmur”
››› Bakıda klinikada çəplik üçün əməliyyata girdi, görmə qabiliyyətindən oldu
››› FHN hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› “Məgər ölkəni satanlar elə təkcə rus sektorunu bitirənlərdir?”
Son xəbərlər
Bütün xəbərlər »