Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polislər tərəfindən döyüldüyü deyilən vəkil: “Dörd nəfər idilər...” – DİN-dən reaksiya
Polislər tərəfindən döyüldüyü deyilən vəkil: “Dörd nəfər idilər...” – DİN-dən reaksiya

Şirvan Apellyasiya Məhkəməsində rayonun polis şöbəsinin əməkdaşları tərəfindən döyüldüyü bildirilən vəkil Coşqun İsgəndərov həmin polislərdən şikayətçidir. Avqustun 13-də məhkəmədə vəkilə qarşı baş verənlərlə əlaqədar hazırda Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

Vəkil Coşqun İsgəndərov Bizimyol.info-ya açıqlamasında bildirib ki, hadisədən sonra Baş Prokurorluğa müraciət edib.

Coşqun İsgəndərov Coşqun İsgəndərov

“Hadisənin təfərrüatları barədə danışmaq istəmirəm. Çünki psixoloji yüklənmişəm. Hər dəfə xatırlamaq istəmirəm. Amma yayılan məlumatda deyildiyi kimi, hadisə baş verib. Hazırda hüquq-mühafizə orqanları araşdırma aparır. Mən Baş Prokurorluğa şikayət vermişəm. Amma araşdırma Şirvanda aparılır”, - vəkil bildirib.

Coşqun İsgəndərovun sözlərinə görə, o, Şirvan Apellyasiya Məhkəməsində araşdırılan cinayət işi üzrə təqsirləndirilən şəxsin vəkili olub. Ona qarşı zorakılıq göstərən isə təqsirləndirilən şəxsi Şirvan şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə aparıb-gətirən polislər olub: “Dörd nəfər idilər. Hamısından şikayətçi olmuşam...”

Yayılan məlumatda bildirilir ki, vəkil məhkəmə zalında hüquqlarını müdafiə etdiyi şəxslə danışmaq istəyib. Polislər isə buna müdaxilə edərək, ondan zalı tərk etməyi tələb ediblər. Vəkil müvəkkili ilə görüşmək, konfidensial qaydada söhbətləşmək hüququ olduğunu deyərək, onların tələbilə razılaşmadıqda isə zorla vəkili məhkəmə zalından çıxararaq məhkəmənin dəhlizində döyüblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan isə bildirilib ki, vəkil Coşqun İsgəndərova məhkəmə zalında olan polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi barədə deyilənlər həqiqətə uyğun deyil. Bildirilib ki, vəkil öz müvəkkilinin yox, başqa bir şəxsin işinə baxılarkən mülki geyimdə məhkəmə zalına daxil olub, polislərə kinayəli suallar verərək onları təxribata çəkməyə çalışıb. Polislər onu intizama dəvət ediblər. İzah etməyə çalışıblar ki, hazırda başqasının işi üzrə məhkəmə prosesi gedir: “Məhkəmənin gedişatına mane olmamaq üçün zalı tərk etməsini bildirən zaman isə vəkil Coşqun İsgəndərov orada mübahisə yaradıb. Daha sonra polis əməkdaşları həmin şəxsi zaldan uzaqlaşdırıblar”.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov da hadisə ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxladığını, prokurorluqda aparılan araşdırmaların nəticəsini gözlədiyini bildirib:  “İnanıram ki, məsələ ədalətli və obyektiv şəkildə araşdırılacaq”.

Bizimyol.info

Paylaş »
››› “Əgər Ermənistan bizə dəhliz vermirsə, o zaman biz də Laçın dəhlizini nəzarətə götürməliyik”
››› Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
››› Azərbaycanın peyvənd pasportu Türkiyədə qəbul olunmadı
››› Yur dövrünün qayıdışı reallığa çevrilir: Mamontları canlı şəkildə görə bilərik
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› TƏBİB-in "gizli" dərman paketi
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
Son xəbərlər
Bütün xəbərlər »