Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Vaksinlərə qarşı “əks göstəriş” sertifikatlarını necə əldə etmək olar... – Nazirlikdən açıqlama
Vaksinlərə qarşı “əks göstəriş” sertifikatlarını necə əldə etmək olar... – Nazirlikdən açıqlama

Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda bu bəladan xilas olmağın yalnız bir yolu var. Bu da koronavirus əleyhinə peyvənd olunmaqdır.

Azərbaycanda Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq yanvarın 18-dən etibarən vətəndaşların peyvəndlənməsinə başlanılıb və hələ də davam edir. Avqust ayının 9-dan etibarən isə ölkədə istifadəsinə icazə verilən vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "Əks göstəriş sertifikat"ının verilməsinə başlanılıb. Lakin vətəndaşların “Əks göstəriş” kağızlarını necə əldə biləcəkləri ilə bağlı hələ qaranlıq qalan məqamlar var.

Məsələyə aydınlıq gətirmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev Bizimyol.info-nun suallarını cavablayıb:

- “Əks göstəriş sertifikatı” hansı kriteriyalara görə verilir? Bunun üçün hansısa yoxlanış və ya analizlərdən keçmək lazımdırmı?

- Əks göstəriş sertifikatı müəyyən xəstəliklərə görə verilir. Əlbəttə, xəstəliyin təyin və təsdiq edilməsi üçün müəyyən analiz və epikrizlərə ehtiyac yoxdur. Əks göstərişlər verilərkən müraciət edən şəxsin tibbi sənədlərində bu və digər vaksinə görə əks göstəriş hesab edilən xəstəlik nəzərə alınır. Eyni zamanda, ölkədə tətbiq olunan vaksinlərin hər birinin əks göstəriş göstəriciləri də nəzərə alınaraq qiymətləndirilir.

- Bu sertifikatları hansı şəhər, rayon və klinikalardan əldə etmək mümkündür?

- Əks göstəriş sertifikatı almaq üçün vətəndaşlar ərazi üzrə poliklinikalara müraciət etməlidirlər.

- Rayon qeydiyyatında olan vətəndaş Bakıda yaşayırsa, hansı poliklinikaya müraciət etməlidir? Bakının bir rayonunda qeydiyyatda olan vətəndaş, başqa rayon qeydiyyatındakı poliklinikadan bu sənədi ala bilərmi?

- Rayon qeydiyyatında olub paytaxtda və ya əksinə yaşayan vətəndaşlar, yaşadıqları yerdən müvəqqəti yaşayışla bağlı arayış almalı və bu sənədi təqdim etməklə ərazi üzrə poliklinikalara müraciət edə bilərlər.

- Bu sahədə qara bazarın qarşısını almaq üçün hansısa qabaqlayıcı tədbirlər görülürmü?

- Məhz neqativ halların qarşısının alınması üçün ikimərhələli komissiya təşkil olunub.

Leyla Mirzə

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »