Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Umayra Tağıyeva: "16 gündür havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir"
Umayra Tağıyeva: "16 gündür havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir"

"Azərbaycanda baş verən müasir iqlim dəyişmələri fonunda iqlimin istiləşməsi ilə bağlı yay aylarında güclü isti günlərin və isti hava dalğalarının sayı və davamiyyətinin xeyli artması müşahidə edilir".

Bu barədə "Report"un sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

O bildirib ki, 1991-2020-ci illərdə iyun-avqust aylarında havanın maksimal temperaturu 1960-1990-cı illərlə müqayisədə havanın maksimal temperaturu 35 dərəcə və daha çox olan günlərin ümumi sayı Bakıda 4,3 dəfə, Şəkidə isə 3,1 dəfə artıb:

"İsti günlərin sayında artım daha çox iyun və avqust aylarında müşahidə edilib. Bu ilin iyul ayında havanın orta aylıq temperaturu normadan 2,5 dərəcəyədək yüksək olsa da, rekord istilər deyil".

U.Tağıyevanın sözlərinə görə, avqust ayında isə isti hava dalğasının davamiyyəti ötən illərlə müqayisədə daha çoxdur:

"Havanın orta aylıq temperaturu normadan 5 dərəcə yüksəkdir. Artıq 16 gündür ki, havanın maksimal temperaturu 35 dərəcədən yüksəkdir. Qeyd etmək lazımdır ki, bütün çoxillik müşahidələrə görə ən davamlı 24 günlük isti hava dalğası 2010-cü ildə qeydə alınıb. Yeri gəlmişkən, bu həftənin sonunadək hava şəraitində mühüm dəyişiklik gözlənilmir".

Qeyd edək ki, ABŞ-ın Okean və Atmosfer Araşdırmaları Milli İdarəsinin (NOAA) məlumatına görə, 2021-ci ilin iyul ayı hava ilə bağlı müşahidələr aparılandan bəri ən isti ay olub. Məlumata görə, iyul ayında qeydə alınan yer səthinin və okeanın ümumi temperaturu 20 -ci əsrin orta temperaturundan 1,67 dərəcə yüksək olub. İdarə 1880-ci ildən bəri meteomüşahidələr aparır.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› Artıq mini sualtı gəmilərimiz də var
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Türkiyə yığmasının yeni baş məşqçisi müəyyənləşib
››› Rusiyanın hakim Vahid Rusiya Partiyası seçkilərdə qələbəsini elan edib
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Rusiyada universitetdə silahlı basqın olub, ölən və yaralılar var - Video
Son xəbərlər
Bütün xəbərlər »