Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi maddələr çox istifadə edildiyi təqdirdə qaraciyərin zərər görməsinə səbəb ola bilər"
"Bəzi maddələr çox istifadə edildiyi təqdirdə qaraciyərin zərər görməsinə səbəb ola bilər"

Qaraciyər insan orqanziminin əhəmiyyətli orqanlarındandır. Buna görə də qaraciyər mütəmadi olaraq yenilənməli, təmizlənməlidir. Toksinləri atan bəzi qidalar qaraciyərin təmizlənməsində əhəmiyyətli rol oynayır.

Bəs qaraciyəri necə təmizləmək olar? Qaraciyəri təmizləyən və bərpa edən qidalar hansılardır?

Hepatoloq Sevinc Fətəlizadənin sözlərinə görə, qaraciyər; qanda olan dərman, spirtli içki və digər zərərli maddələrin təmizlənməsinə yardımçı olur:

"Bəzi maddələr çox istifadə edildiyi təqdirdə qaraciyərin zərər görməsinə səbəb ola bilər. Bu səbəbdən də spirtli içki, qızarmış qidalar, qatı yağlar və duz, şəkər istifadəsini azaltmaq lazımdır."

Qaraciyəri necə təmizləyək?

Həkim deyir ki, qaraciyərin təmizlənməsi üçün uyğun qidalar qəbul etmək, sağlam qidalanmaq lazımdır:

  • "Sarımsaq, qaraciyərin funksiyalarını inkişaf etdirən və nizamlayan xüsusiyyətlərə sahibdir. Əzilib istifadə edildiyi zaman iltihabları da təmizləyir. Sarımsaq, antibakterial xüsusiyyəti ilə qaraciyəri təmizləyir.
  • Almanın tərkibində yüksək səviyyədə lif olduğuna görə qaraciyər üçün çox faydalıdır. Almanın tərkibində olan pektin lifi xolesterolun nəzarət altında saxlanılmasına yardımçı olmaqla yanaşı, azalmasına da yardım edir. Əlavə olaraq, bədəndə olan toksinləri təmizləyir. Yaşıl alma qaraciyər üçün çox faydalıdır.
  • Avokado, gözəllik və sağlamlıq üçün istifadə edilən tərəvəz növüdür. Araşdırmalara görə, avokado qalaktozamin və buna bənzər maddələrə qarşı qaraciyəri qoruyur.
  • Brokoli, qaraciyərin funksiyasına mənfi təsir edən zərərli birləşmələri yox edir. Brokolonin tərkibində olan kimyəvilər xolesterolla yanaşı, təzyiqi də tənzimləyir. Qanın laxtalanmasının qarşısını alır.
  • Bol su içmək, qaraciyərin təmizlənməsi və yenilənməsində çox faydalıdır. Gün ərzində ən azı 6-8 stəkan su içmək vacibdir. Bununla yanaşı, böyrəyin sağlamlığı üçün önəmli olan su, bədənin hər zaman nəmli qalmasına səbəb olur.
  • Üzüm, sağlam qaraciyər üçün önəmli meyvələrdəndir. Üzümün həm özü, həm də tumu qaraciyər üçün əhəmiyyətlidir. Aparılan araşdırmalara görə, üzüm tumu, qaraciyəri təmizləyir və meydana gələn problemləri aradan qaldırır. Bədənin toksinlərdən təmizlənməsində böyük rol oynayan üzüm, qaraciyərin təmizlənməsi üçün tövsiyyə edilir.
  • Hər gün ən çox 3 fincan kofe içmək, qeyri-sağlam qidalanma və spirtli içkilərin yaratdığı zərərləri aradan qaldırır. Kofe, qaraciyəri qoruyur və təmizləyir.
  • Limon suyu da qaraciyərin təmizlənməsinə və yenilənməsinə yardım edir. Hər gün ilıq su ilə limon suyu içmək çox faydalıdır.
  • Ac qarına bir stəkan limon suyu və ilıq su qarışığı içmək qaraciyərdə olan toksinlərin atılmasına kömək edir.

İlahin, Bizimyol.info

Paylaş »
››› TƏBİB-in "gizli" dərman paketi
››› İcra başçısının bacısı oğlu həbsdən buraxıldı
››› "Prostat xəçənginin yaranma səbəbləri daha ağrılıdır"
››› “Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
››› "Qadınlar geyimlərinə əvvəlki qədər diqqət yetirmirlər, sanki insanların ruhu ölüb"
››› İki polis zabiti narkotikə görə həbs edilib
››› Ukraynada saxlanılan Maqsud Mahmudov Azərbaycana gətirilib
Son xəbərlər
Bütün xəbərlər »