Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycanda həbsdə olan “Taliban”çılara münasibət dəyişməyəcək”
“Azərbaycanda həbsdə olan “Taliban”çılara münasibət dəyişməyəcək”

Əsabəli Mustafayev: “Onlar qanunsuz silahlı birləşmədə iştiraka görə həbs olunublar, siyasi məhbus sayıla bilməzlər”

Əfqanıstan paytaxtı Kabili döyüşsüz ələ keçirən “Taliban” hərəkatı artıq həbsdə olan minlərlə şəxsi azad edib. Onların arasında “Taliban” və “İŞİD”-lə əlaqədə ittiham olunan şəxslər çoxluq təşkil edir.

Əgər “Taliban” hərəkatı bir siyasi qüvvə olaraq, Əfqanıstanda hakimiyyətə gəlirsə, xarici dövlətlər və beynəlxalq güclər tərəfindən də ciddi təzyiqlər görmürsə... O zaman, “Taliban”ın legitim siyasi qüvvə kimi tanınması nə dəyişə bilər?

Nəzərə alsaq ki, MDB ölkələrində, o cümlədən Azərbaycanda “Taliban”la əlaqələrdə və bu hərbi birləşməyə aid düşərgələrdə təlim keçmək, bu qruplaşmanın üzvü olmaqda ittiham olunan bəzi şəxslər hazırda həbsdədir... Azərbaycanın onlara münasibətində dəyişmə olacaqmı?

Artıq sosial şəbəkələrdə də bəzi fikirlər səsləndirilir ki, həmin şəxslər “vicdan məhbusu” olacaq, yaxud, “siyasi məhbus”, yoxsa, heç bir fərqli yanaşma müşahidə edilməyəcək?

Bizimyol.info saytına danışan vəkil, hüquq müdafiəçisi Əsabəli Mustafayev bildirib ki, “Taliban”ın sonrakı proseslərdə siyasi qüvvəyə, partiyaya çevrilməsi istisna deyil.

Əsabəli Mustafayev Əsabəli Mustafayev

“Ola bilər ki, “Taliban” dünyada gedən siyasi proseslərə uyğunlaşmaq, dövlət idarəçiliyində də səmərəli olmaq naminə siyasi qüvvəyə çevrilsin. Lakin bu, ona olan ehtiyatlı münasibəti dəyişməyəcək. “Taliban”ın indi Kabili ələ keçirməsi, hələ xarici qüvvələrin məsələyə seyirçi qalması, onun legitim siyasi qüvvə kimi tanınması anlamına gəlmir”.

O qeyd edib ki, əgər Azərbaycan və Əfqanıstan arasında hər hansı münasibətlər yaranarsa, rəsmi Bakı sırf bu münasibətlər üzərindən ehtiyatlı addımlar atacaq: “Həbsdə olan “Taliban”çılara yanaşma ancaq siyasi prizmadan dəyişə bilər. Yəni, rəsmi Bakı onların işinə yenidən baxa, cəzasını yüngülləşdirə bilər. Hüquq nöqteyi nəzərindən isə, onlar o zaman qanunsuz silahlı birləşmədə iştiraka görə həbs olunublar. “Taliban” hərəkatının bundan sonra silahı buraxması, siyasi partiyaya çevrilməsi belə, o faktı dəyişməyəcək. Açığı, mən düşünürəm ki, Bakı ikinci variantı seçəcək – yəni, bu mövzuda hər hansı dəyişiklik gözləmirəm. Həmin şəxslər terrorçu olaraq həbs olunublar, hüquq müdafiə təşkilatları tərəfindən də heç vaxt siyasi məhbus, yaxud “vicdan məhbusu” sayıla bilməzlər.

Hüquqşünas Kabildən də belə bir müraciətin olacağını düşünmür: “Düşünürəm ki, ən azı beş il “Taliban”ın başı öz problemlərinə, Əfqanıstanın daxili işlərinə qarışacaq. Eyni zamanda, Əfqanıstan öz qonşuları ilə problemlərini həll etməyə çalışacaq. Ola bilər ki, bir neçə il Azərbaycan onların heç “yadına düşməsin”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bakıda 46 ilin müəlliminə səbəb göstərmədən “sabahdan işə gəlmə” deyiblər
››› Xalq artistindən Maqsud Mahmudova sərt sözlər
››› Tibb işçisi qadınlara təcavüz etdi və sosial şəbəkədə canlı yayımladı
››› Bu, bahalaşmada son hədd deyil
››› Rusiyada yoxsulluğun artmasını necə gizlətməyə çalışırlar
››› Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
››› Zəfər zirvəsinə qalxan gənc xanım: “4 dərəcə şaxta və güclü külək şəraitində qalxmışıq” - Foto
Son xəbərlər
Bütün xəbərlər »