Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda gizli səfərbərlik keçirilir...
Ermənistanda gizli səfərbərlik keçirilir...

Daha əvvəl bildirildiyi kimi, Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilər üçün üç aylıq təlim-məşq toplanışı elan etməyi təklif edib. Azadlıq Radiosunun erməni xidmətindən verilən məlumata görə, hərbi komissarlıqlar avqustun 25-dən başlayaraq bildirişləri göndərməyə davam edir. Diqqətçəkən məqam odur ki, hökumət bununla bağlı heç bir qərar verməyib.

Hüquq müdafiəçisi Armine Sadikyan, ehtiyatda olan zabitlərin hazırlanması ilə bağlı iki qərar layihəsinin hazırlandığını söyləyib. Onun sözlərinə görə, birincisinin müzakirəsi bu gün, digərinin isə avqustun 26-da başa çatmalıdır. Sadikyan qeyd edib ki, belə qərarlar adətən hökumət iclasında, ictimai müzakirələrdən sonra verilir.

"Bəlkə də qərar artıq verilib. Amma, məntiqi olaraq bu ola bilməzdi, çünki layihə hələ də müzakirə mərhələsindədir. Buna görə də Müdafiə Nazirliyi təlim-məşq toplantısının keçirilməsi ilə bağlı bildiriş göndərə bilməz. Yəni ilk addım hökumətin qərar qəbul etməsi, ikinci addım isə vətəndaşların xəbərdar olmasıdır", - o vurğulayıb.

Hüquq müdafiəçisi əlavə edib ki, hökumət tərəfindən qərar verilməsə, ehtiyatda olanların çağırışı qanunsuzdur.

“Qərarı görmədiyimi qiymətləndirə bilmərəm, buna görə heç bir qərar yoxdursa, əlbəttə ki, qanunsuz hesab edilə bilər", - Sadikyan deyib və əlavə edib ki, belə qərarlar gizli şəkildə qəbul edilə bilməz.(virtualaz.org)

Paylaş »
››› Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
››› “Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
››› Dahilərin evlilik barədə deyimləri: “Hər qadının həyatında iki vacib kişi var...”
››› Baltikyanı ölkədən Çin telefonları haqda xəbərdarlıq: “Zibil qutusuna atın”
››› “Ərdoğanla görüş və Əliyevlə dialoq istəyən adam “iki erməni dövləti” ifadəsini işlətməz”
››› “Batum xəlvəti”nin sırləri
››› 22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
Son xəbərlər
Bütün xəbərlər »